XOCALI - SAĞALMAZ YARA - + FOTO

XOCALI - SAĞALMAZ YARA + FOTO

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Rəşid Behbudov adına Mahnı Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirdi.
Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, himn səsləndi.
Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, görkəmli incəsənət xadimləri,ziyalılar iştirak etdi.

 

Tədbirdə Kino Xidməti İdarəsinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın «92-ci ilin qarı» adlı sənədli film nümayiş olundu.

 

Çıxış edən Xocalı Icra Hakimiyyəti nümayəndəsi Nadir Rəşidov,Əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudov, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, sənətşünaslıq doktoru Amaliya Pənahova, Xocalı döyüşçüsü Arif MəhərrəmovXocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisənin Azərbaycan tarixinə qanlı hərflərlə yazıldığını, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdiyini dedi. Bildirildi ki, həmi gün erməni silahlı dəctələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərin köməyilə Xocalı şəhərini dağıtdı. Bu faciə insanlıq tarixinə düşən ən qanlı olaylardan biridir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bu kütləvi qırğın nəticəsində qadınların, uşaqların, qocaların həyatına son qoyuldu. Sakinlər əsir götürüldü və itkin düşdü.

 

Tədbirdə Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış etdi. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi tərəfindən keçirilən mədəni kütləvi tədbirlərdə göstərdiyi köməkliyə və fəal iştirakınagörə bəstəkar- müğənni Elza Seyidcahana, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) və Səs informasiya agentliyinə (SİA) təşəkkürnamələr təqdim edildi.

 

İncəsənət ustalarının iştirak etdiyi tədbirdə bəstəkar- müğənni Elza Seyidcahanın"Şəhidədlər balladası"na hazırlanmış kompozisiyası Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının və Azərbaycan Dövlət Pantomim Teatrının akyorları tərəfindən ifa olundu. Azərbaycan Televiziya və Radiosunun Milli kamera ansamblının ifası və müğənnilərin Xocalı şəhidlərinə həsr olunmuş mahnılar tədbir iştirakçılarına təqdim olundu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktədin orkestrinin ifasında ilk dəfə olaraq "Qələbə" uvertyurası səsləndi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !