Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdirilib - + FOTO ( YENİLƏNDİ )

Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdirilib + FOTO ( YENİLƏNDİ )

Ötən gün R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdiriblər.

 

Tamaşada əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərlidə yer alıb. Xocalı faciəsini səhnələşdirilmiş şəkildə izləyən Mətanət xanım göz yaşını saxlaya bilməyib. Çıxışı zamanı o, bunları qeyd edib:

 

“Xocalı soyqırımı Azərbaycanın ən ağrılı faciələrindəndir. Tamaşanı başdan sona qədər göz yaşı içində izlədim. Uşaqlarımıza afərin, hər biri rolunun öhdəsindən məharətlə gəldi”.

 

Qeyd edək ki, tamaşa Zərəngiz Mansurovanın “Cavab ver” poeması əsasında Larisa Tarusovanın quruluşunda hazırlanıb. Xoreoqraf Günəş Talıbovadır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !