Asim Mollazadə Melburnda Xocalı soyqırımı qurbanlarının anım mərasimində iştirak edib - + FOTO

Asim Mollazadə Melburnda Xocalı soyqırımı qurbanlarının anım mərasimində iştirak edib + FOTO

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımı şəhidləri anılıb. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə ölkə parlamentinin deputatları, o cümlədən Melburndan olan deputat Culian Hill, parlamentlərarası dostluq qrupunun üzvləri, Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən deputat A.Mollazadə Xocalı faciəsi haqqında söz açaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının tərkib hissəsidir. O qeyd edib ki, Xocalı soyqırımını törədənlərə ədalətli cəza verilməsi üçün beynəlxalq hərbi tribunal keçirilməlidir.
Avstraliya hökümətinin sabiq naziri Alan Griffin Azərbaycanın dünyada və regionda müstəsna rolunu xüsusilə vurğulayıb. Azərbaycana səfərini xatırlayan A.Griffin ölkəmizin çox müasir, tolerant və multikultural dəyərlərə sahib olduğunu qeyd edib. O bildirib ki,Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.
Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. E.Həbibzadə tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O Avstraliya tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkürünü bildirdi.
Tədbirdə həmçinin Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva və bu ölkədə yaşayan həmyerlilərimiz çıxış edib.
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )