İtaliyanın bir sıra şəhərlərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyaları keçirilmişdir - + FOTO

İtaliyanın bir sıra şəhərlərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyaları keçirilmişdir + FOTO

 Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın Roma, Milan, Piza, Rimmini və Pavia kimi şəhərlərinin əsas meydanlarında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) tərəfindən məlumatlandırcı aksiyalar təşkil olunmuşdur. Aksiyalarda İtaliyada təhsil alan azərbaycanlı tələbələr, habelə bu ölkədəki Azərbaycan diaspora nümayəndələri iştirak etmişlər. Aksiyaların məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırım və digər cinayətlər barədə həqiqətləri yaymaq olmuşdur.
Aksiyaların iştirakçıları üzərində “Xocalıya ədalət!”, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalı unudulmamalıdır!” və digər bu səpgidə şüarlar yazılmış plakatları əllərində tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş soyqırımın baiskarlarının cəzalandırılması və soyqırıma siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar etmişdirlər.
Romada keçirilmiş aksiya zamanı Xocalı qurbanlarına həsr edilmiş musiqili bədii kompozisiya da səsləndirilmişdir.
Aksiyalara maraq göstərən şəxslərə Xocalı soyqırmını əks etdirən broşürlər və bukletlər paylanılmışdır.

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )