Naxçıvanda kəhrizlər bərpa edilir -

Naxçıvanda kəhrizlər bərpa edilir

Muxtar respublikanın tarixini özündə yaşadan, içməli və suvarma suyuna olan tələbatın ödənilməsində mühüm rol oynayan kəhrizlərin qorunub saxlanılması, təmir-bərpası mühüm əhəmiyyətli sahə kimi daim diqqət mərkəzindədir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsindən AZƏRTAC-a bildirilib ki, 384 kəhrizin qeydiyyata alındığı muxtar respublikada istifadə olunan kəhrizlərin qorunub saxlanılması və təmir-bərpası ötən il də diqqət mərkəzində saxlanılıb. Şərur rayonunun Tənənəm, Babək rayonunun Kültəpə, Kəngərli rayonunun Xıncab, Təzəkənd, Qarabağlar, Çalxanqala, Yurdçu, Culfa rayonunun Yaycı, Xoşkeşin, Şurud, Ordubad rayonunun Yuxarı Əylis, Anabad kəndlərində və Naxçıvan şəhərində olmaqla, ümumilikdə, 15 kəhriz əsaslı təmir olunub. Həmçinin Naxçıvan və Ordubad şəhərlərində, Ordubad rayonunun Aşağı Əylis, Şahbuz rayonunun Şahbuzkənd, Culfa rayonunun Gal, Kəngərli rayonunun Qarabağlar kəndlərində, ümumilikdə, 9 kəhrizdə cari təmir işləri aparılıb.

 

Təmir-bərpa işləri zamanı kəhriz kürələrində saybəndləmə, quyularda isə çalagərdən hörgü işləri görülür ki, bu da kəhrizlərin istismar müddətinin artırılmasına, uçqunların qarşısının alınmasına, bir sözlə, tariximizi özündə yaşadan bu abidələrin qorunub saxlanılmasına imkan verir. Cari ildə də kəhrizlərin təmir-bərpası diqqət mərkəzindədir. Ordubad rayonunun Aşağı Əylis kəndində “Bazarçeşmə” kəhrizi əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda Culfa rayonunun Dizə, Ordubad rayonunun Yuxarı Əylis, Kəngərli rayonunun Çalxanqala, Xıncab, Qarabağlar kəndlərində, ümumilikdə, 4 kəhrizdə əsaslı, Ordubad şəhərindəki “Şıxəlixan” kəhrizində isə cari təmir işləri davam etdirilir.

 

Qeyd edək ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )