Foto Məsləhətçi : - Nikon D7300 xüsusiyyətləri gəlməyə başladı ( AZpress.AZ - Nail Əhmədov )

Foto Məsləhətçi : Nikon D7300 xüsusiyyətləri gəlməyə başladı ( AZpress.AZ - Nail Əhmədov )

İlk Nikon D7300 xüsusiyyətləri gəlməyə başladı. Nikon’un DX-format DSLR fotoaparatlarında orta səviyyədə yerləşən modelin 2017 ili içərisində tanıdılması gözlənilir.



Nikon’un yeni rəqəmsal SLR fotoaparatı inkişaf etdirməyə başladığı və APS-c sensora sahib modelin 4K video çəkiliş edə biləcəyi ifadə edilir.



Yeni Nikon DSLR’in rəsmi tanıdılması əvvəlində, müxtəlif mənbələr ola biləcək xüsusiyyətlər haqqında məlumatlar verməyə başladı. Buna görə Nikon D7300 xüsusiyyətləri içərisində 20-meqapiksel görüntü sensoru və 4K video çəkilişi ola bilər.




Nikon D7300 xüsusiyyətləri ortaya çıxdı. 20Meqapiksel sensor gözlənilir

 


Bilindiyi kimi Nikon D500, 20.9Meqapiksel keyfiyyətdəki APS-C CMOS sensor ilə gələrkən, 3.2 düym 2,539k-piksel dəyişkən bucaqlı sensor LCD’ə sahib və Nikon D5 tam kadr DSLR modelindən inkişaf etdirdiyi güclü 153 nöqtəli Multi-CAM 20K 153-Point AF avtomatik fokuslama sistemini istifadə edərək saniyədə 10 kadr ardıcıl çəkiliş edə bilir və RAW (Sıxışdırılmamış 14bit) rejimində 79 kadra qədər çəkiliş edə bilir.

 

 



Ola biləcək Nikon D7300 xüsusiyyətləri baxımından baxıldığında bənzər bir sensorun gövdə üzərində istifadə edilə biləcəyi ifadə edilir. Ancaq Nikon’un fotoaparat seriyasındakı tarazlığın pozulmaması baxımından, D500 üzərindəki 10fps davamlı çəkiliş sürətinin daha aşağı sürətlərdə olacağını indidən deyə bilərik. Buna görə söz-söhbətlərdə danışılan 51 nöqtə AF sisteminin D7200’dən gələn Multi-CAM 3500 II DX’mi yoxsa D500’dənmi gələcəyi ən böyük sual işarəsi olacaq.

 


Gözlənilən Nikon D7300 Xüsusiyyətləri



· 20 Meqapiksel DX-Format CMOS Sensor
· EXPEED 5 Görüntü Prosessoru
· 4K UHD Video çəkiliş edə bilmə
· 51 Nöqtə AF Sistemi
· Təbii ISO 51200 (artırılmış 102400)
· 7 fps ardıcıl çəkiliş sürəti
· Daxili Wi-Fi, Bluetooth və NFC, SnapBridge 

 

( AZpress.AZ ) Nail Əhmədov

 

Alper Orusa istinadən ( Türkiyə )

 

Müəllif hüquqları qorunur

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !