“Xocalı Faciəsi” ilə bağlı silsilə tədbirlər keçirilib - + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

“Xocalı Faciəsi” ilə bağlı silsilə tədbirlər keçirilib + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi “Xocalı Faciəsi” ilə bağlı silsilə tədbirlər keçirib

 

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Xocalı faciəsi ilə bağlı anım tədbirlərinin təşkilini davam etdirir. Tədbirlər Regional İdarənin tabeliyində olan bütün müəssisələrdə geniş şəkildə anılmaqdadır.
Heç çür unutmaq olmaz ki, Xocalı faciəsi mənfur düşmənlərimiz olan ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biridir.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, başlarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bu qanlı tarixi unutmur, bütün müəssisələrdə anım tədbirləri keçirilərək soyqırımla bağlı həqiqətlər gənc nəsillərə çatdırılır. Təşkil olunan tədbirlərdən Regional İdarənin Yevlax şəhər nümayəndəliyində keçirilən tədbirləri xüsusi qeyd etmək olar. Tədbirlərdə tarixi həqiqətlər iştirakçılara çatdırılaraq xalqımızın başına gətirilən müsibətlərdən söz açılıb.
Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə ilk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı Soyqırımı haqqında hazırlanan video-sujet iştirakçılara təqdim olundu. Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin Yevlax şəhər nümayəndəsi məsləhətçi Rafiq Məmmədov mövcud real faktlardan söz açaraq Xocalı faciəsinin dünya miqyasında tanıdılması haqqında öz fikirlərini bildirdi.
Şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayevə yekun olaraq Xocalı faciəsi haqqında uşaqlar,şagirdlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması üçün gördükləri işdən danışdı. Həmçinin Mədəniyyət Mərkəzinin filiallarının maarifləndirmə aparılması üçün mütəmadi olaraq şagird və gənclərlə keçirdiyi görüşləri qeyd etdi.
Yevlax şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Tarix unudulmur” adlı anım tədbiri keçirildi.
Tədbir iştirakçıları öncə Xocalı faciəsini özündə əks etdirən kitab, fotoşəkil və rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Xatirə Məhərrəmli Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və təbliğinin önəmindən geniş söz açdı.
Daha sonra Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Günel Zamanlı çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” kampaniyasının fəaliyyətini diqqətə çatdırdı.
Sonda məktəbli şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olundu. Kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Yəldili kənd mədəniyyət evi 26 Fevral Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı harayı” adlı anım tədbiri təşkil etdi.
Anım tədbirində çıxışlar edilərək məktəbli şagirdlərin hazırladığı ədəbi – bədii kompozisiya nümayiş edilib.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Hacımahmudlu kənd klubunda da 26 fevral Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil olundu. Tədbiri giriş sözü ilə Yevlax şəhər Hacımahmudlu kənd klubunun müdiri İntiqam Quluyev açaraq Xocalı soyqırımı şəhidlərinin və torpaqlarımız uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Tədbirdə çıxışlar edilərək “Xocalı Harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.
Yevlax şəhər Mədəniyyət Mərkəzi və onun filialları olan Şəhər Yaradıcılıq evi və digər şəhər klubları ilə birgə 26 fevral Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Vətən torpaqları bizi gözləyir” adlı geniş miqyaslı anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət Mərkəzininn direktoru Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev açaraq Xocalı şəhidlərinin və torpaqlarımız uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Tədbirdə çıxışlardan sonra şəhər Yaradıcılıq evinin direktoru Respublikanın Əməkdar Mədəniyyət işçisi Zöhrə Adgözəlovanın “Vətən torpaqları bizi gözləyir” adlı ssenarisi və rejissorluğu əsasında hazırlanan ədəbi- bədii musiqili kompozisiya təqdim olundu. Kompozisiyanın hazırlanmasında Şəhər Mədəniyyət Mərkəzi və onun filialı olan Şəhər Yaradıcılıq evi, şəhər klublarının işçiləri iştirak edirdi.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Balçılı kənd foklor evində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Laylay Xocalım laylay”adlı anım tədbiri təşkil olundu. İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Xocalı faciəsi haqqında geniş çıxışlar edildi. Sonda məktəbli şagirdlərin hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim olundu.

Regional İdarənin tabeliyində olan Mingəçevir şəhər nümayəndəliyində də Xocalı soyqırımı faciəsi geniş şəkildə anıldı. Tədbirlərdə müdhiş ermənilərin zamanla xalqımıza qarşı törətdikləri faciələrdən və kütləvi qırğınlardan geniş şəkildə söz açıldı.

Mingəçevir şəhər nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Mingəçevir şəhər Tarix muzeyində “Xocalı yarası” adlı anım tədbiri təşkil olundu. Tədbirdə təşkil olunan“Xocalı yarası” adlı ədəbi-bədii kompozisiyada mədəniyyət işçiləri, məktəbli şagirdlər iştirak edirdi.
Növbəti anım tədbiri Mingəçevir şəhər Mədəniyyət Mərkəzində keçirildi. Tədbir ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Xocalı soyqırımından bəhs edən video çarx tədbir iştirakçılarına təqdim olundu. Sonda məktəbli şagirdlər “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyanı tədbir iştirakçılarına təqdim etdilər.
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar növbəti anım tədbiri Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində keçirildi. Təşkil olunan anım tədbirində Uşaq İncəsənət məktəbinin Rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət “Xocalı harayı” adlı sərgi təşkil olundu. Sərgidə faciəni özündə əks etdirən rəsm əsərləri nümayiş etdirilirdi. Bundan başqa məktəbli şagirdlərin iştirakı ilə “Xocalım mənim” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Tədbirdə mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri, valideynlər həmçinin şəhər ictimaiyyəti iştirak edirdi.
Xocalı soyqırımı Mingəçevir şəhər Rəsm Qalereyasında da qeyd olundu. Soyqırımın dəhşətlərini özündə əks etdirən şəkillər bu günlərdə də geniş şəkildə sərgilənməkdədir.
Bundan başqa Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində Xocalı soyqırımı geniş şəkildə anıldı. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Xocalı uşaqların gözü ilə” adı altında ədəbi-bədii kompozisiyanı təşkil olundu. Tədbirdə müəllim və şagird kollektivi ilə yanaşı Xocalı faciəsinin canlı şahidləri də iştirak etdi.
Regional İdarənin Tərtər rayon nümayəndəliyində də Xocalı soyqırımı geniş miqyasda qeyd edilib. Təşkil olunmuş anım tədbirlərindən biri Tərtər rayon Heydər Əliyev Mərkəzində baş tutdu. Geniş şəkildə qeyd olunan anım tədbirində tarixi həqiqətlər bir daha diqqətə çatdırıldı.
“Əsrin faciəsi- Xocalı Soyqırımı”nın 25 –ci ildönümünün qeyd edilməsi ilə əlaqədar Tərtər rayon Mərkəzi Kitabxana Sisteminin şəhər və kənd kitabxana filiallarında silsilə tədbirlər təşkil edilib. Bütün kitabxanalarda davamlı olaraq “Xocalı harayı”, “Xocalıya ədalət”, “Xocalı soyqırımı -Əsrin faciəsidir” və s. başlıqlarda sərgilər, fotosərgilər – guşələr təşkil edilib. Keçirilən tədbirlərdə ərazidə yaşayan qaçqın və məcburi köçkünlərin, Xocalı sakinlərinin, müharibə veteranlarının, məktəblilərin, xüsusən gənclərin yaxından iştirakı təmin edilib. Sərgilərdə Xocalı soyqırımını özündə əks etdirən kitablar və digər materiallar nümayiş olunub. Tədbirlərdə Xocalı sakinlərinin, qaçqın və məcburi köçkünlərin erməni vəhşiləri tərəfindən başlarına gətirilmiş müsibətlər xatırlanıb. Məruzə, mühazirələr oxunaraq dəyirmi masalar təşkil edilib, xatirələr danışılıb, söhbətlər aparılaraq həmin günlərin ağrı –acıları, xalqın başına gətirilmiş faciələr bir daha anılıb.
Məktəblilər Xocalı faciəsinə həsr edilmiş kitablardan parçalar oxuyaraq, şeirlər söyləyiblər. Şəhər kitabxanasında Hüseynbala Mirələmovun “Xəcalət” povestinin, Leyla Əliyevanın “Xocalıya ədalət” kitablarının müzakirəsi edilib. Həmçinin soyqırımı əks etdirən sərgi nümayiş edilib. Bundan başqa kitabxananın uşaq şöbəsində Səriyyə Müslümqızının “Xocalı uşaqları” kitabının müzakirəsi keçirilib.
MKS-nin İsmayılbəyli, Azadqaraqoyunlu, Əksipara, Söyülən, Seydimli, Kəbirli, Meyvə- tingliyi, Qapanlı, Evoğlu, Hüsənli, Buruc, Sarıcalı, Ələsgərli, Səhlabad, Qaynaq, Qazyan və s. kənd kitabxana filiallarında da həmçinin Xocalı soyqırımının 25 –ci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.

Regional İdarənin Bərdə rayon nümayəndəliyində də Xocalı soyqırımı silsilə tədbirlərlə anıldı. Təşkil olunan tədbirlərdə rayon ictimaiyyəti, mədəniyyət işçiləri yaxından iştirak edib. Soyqırımın dəhşətlərini özündə əks etdirən sərgilər, video çarxlar, ədəbi-bədii kompozisiyalar nümayiş olunaraq soyqırım qurbanları dərin hüznlə yad edilib.
Bərdə şəhər 2 və 3 nömrəli uşaq musiqi məktəblərində keçirilən anım tədbirlərində məktəbin şagird və müəllim kollektivlərinin iştirakı ilə səhnəciklər təşkil olunaraq xəyanətkar ermənilərin əməlləri nümayiş olunub. Daha sonra soyqırım haqqında geniş çıxışlar edilərək gənc nəslə bu qan yaddaşını unutmamağa çağrışlar edilib.
Bərdə şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəblərində keçirilən anım tədbirlərində çıxışlar edilərək Xocalı soyqırımından bəhs edən video çarx və soyqırım qurbanlarına həsr olunmuş slayd şou təqdim olunub. Sonda iştirakçılarla birlikdə “Xoca” filmi izlənib.
Bərdə rayon Divanlı, Kətəlparaq və Kolayır kənd uşaq musiqi məktəblərində də həmçinin Soyqırım qurbanlarının xatirəsi dərin hörmətlə anılıb. Keçirilən bütün tədbirlər ilk öncə vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirlərdə ədəbi-bədii kompozisiyalar səsləndirilib.
Bərdə rayon Mədəniyyət Mərkəzi və mərkəzin filialları Xocalı soyqırımın geniş şəkildə silsilə tədbirlərlə anıb. Mərkəzin tabeliyində olan Kələntərli kənd Mədəniyyət evi, 1 nömrəli Mollalı kənd foklor klubu, 32-lər kənd Mədəniyyət evi, Bala Qəcər kənd klubu, Böyük Göyüşlü kənd folklor evi, Kətəlparaq kənd klubu, Kətəlparaq kənd folklor klubu, Kolayır kənd xalq yaradıcılığı evi, Mollaəhmədli kənd klubu, Gülgəzli kənd klubu, Nazırlı kənd Mədəniyyət evi, Türkmən kənd klubu, Yeni Əyricə kənd xalq yaradıcılığı klubu, Uğurbəyli kənd klubu, 32-lər kənd Folklor klubu, Qayalı kənd klubu, Alpoud kənd Mədəniyyət evi, Qarayusifli kənd klubu, Mirzəxan kənd Mədəniyyət evi və digər mədəniyyət müəssisələri geniş olaraq anım tədbirləri təşkil etdi.
Bərdə şəhər Mədəniyyət sarayında təşkil olunan tədbirdə isə Xocalı faciəsinin şahidləri çıxış edərək bu soyqırım zamanı dinc əhaliyə tutulan zülm və ədalətsizlikdən söz açıblar. Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyində də Xocalı soyqırımı anıldı. Təşkil olunan tədbirdə Xocalı soyqırımını özündə əks etdirən rəsm əsərləri nümayiş olundu. Daha sonra tədbirdə çıxışlar edilərək qeyd olundu ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır. Sonda tədbir məktəbli şagirdlərin təqdimatında kompozisiya ilə yekunlaşdı.
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada Xocalı soyqırımının 25 - ci il dönümü ilə əlaqədar “Xocalıya ədalət - Qarabağa azadlıq” adlı dəyirmi masa keçirildi. Tədbirdə rayon ziyalıları, Bərdə rayon Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllim və tələbələri, 105 saylı Texniki Peşə məktəbinin müəllim və şagirdləri, rayon ziyalıları və kitaxananın fəal oxucuları iştirak edirdi. Tədbiri MKS-in direktoru Havva Mirzəyeva açdı və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Havva xanım çıxışında bildirdi ki, : - “25 ildir Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir.”
Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Etibar Hüseynova Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu qeyd etdi.
Kitabxananın fəal oxucusu Rəşid Kazımov çıxış edərək Xocalı soyqırımını müharibə tarixinin ən cinayətkar səhifələrindən biri olduğunu və beynəlxalq aləmdə bu hadisəyə doğru – düzgün qiymət verilmədiyini qeyd etdi sonra özünün Xocalıya həsr etdiyi şerini söylədi.
Xocalı sakini Davud Fərhadov Xocalı faciəsinin onların qəlbində bir məzar yaratdığını söylədi. O qeyd etdi ki, :- “Biz bu qisası almalıyıq! Biz gənclər qisas almaq üçün elmimizi, biliyimizi, intellektual səviyyəmizi artırmalı, milli dəyərlərimizə hörmət etməliyik”.
Bərdə şəhər Mədəniyyət sarayının direktoru Natella Rəsulzadə Xocalı sakinləri ilə tez- tez görüşdüyünü və başlarına gələn faciələrdən bəhs etdi.
Sonda məktəbli şagirdlər Xocalıya həsr etdikləri ədəbi- bədii kompozisiya ilə çıxış etdilər. Anım mərasimi Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb. 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )