Ağcabədi rayon polis şöbəsində Vəhhabilik və digər radikal dini təriqətlər mövzusunda tədbir keçirilmişdir - + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi rayon polis şöbəsində “Vəhhabilik və digər radikal dini təriqətlər” mövzusunda tədbir keçirilmişdir + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

01 mart 2017-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin 2017-ci il üçün birgə razılaşdırılmıştədbirlər planına əsasən Ağcabədi rayon polis şöbəsində “Vəhhabilik və digər radikal dini təriqətlər” mövzusunda tədbir keçirilmişdir.


AZpress.AZ xəbər verir ki, tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev iştirak etmişdilər.


Tədbiri Ağcabədi rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov açaraq məruzə üçün sözü Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədova verdi. Salman Səmədov “İslam dininin əsl dəyərlərini və fəlsəfəsini təbliğ edərək vəhhabilik və digər radikal dini təriqətlərin ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi, yanlış olması və İslam dəyərlərinə uyğun olmaması” adlı məruzə etdi. Məruzə ətrafında Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov və Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış etdilər. Tədbirdə polis işçiləri tərəfindən verilmiş çoxsaylı suallar cavablandırıldı.
Tədbiri Ağcabədi rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov yekunlaşdırdı.


Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !