Məzahir Süleymanzadə : - "Oxuduqca ölürəm, dirilirəm..."

Məzahir Süleymanzadə : "Oxuduqca ölürəm, dirilirəm..."

Bir neçə gündür ki, Babək Cəfərov adlı gənc həmkarımın sosial şəbəkələrdə paylaşdığı Xocalı soyqırımı zamanı girov götürülən, müəyyən müddətdən sonra azad edilən sakinlərin ifadələrini oxuyuram. Oxuduqca ölürəm, dirilirəm...Əsirlikdə, girovluqda olan xocalıların nələr çəkdiklərini, hansı işgəncələrə məruz qaldıqlarını, əlbəttə, bilirdim, bu barədə özüm də yazmışdım. Amma vəhşiliyin, qəddarlığın, nifrətin bu dərəcədə olduğunu təsəvvürümə gətirmirdim. Bu paylaşmalara vətəndaşlarımızın rəylərini də oxudum, onların göz yaşlarını gördüm, həyəcanını duydum. Hətta bəziləri ifadələrin gənclərdə ruh düşkünlüyü yaradacağını düşünürlər. Amma yox, bu, tarixdir, həyatımızın bir parçasıdır. Heç bir yazıçı bu səhnələri şahidlərin söylədiyi kimi qələmə ala bilməz...Bu ifadələr kitablara, filmlərə çevrilməli, tarixin ittihamı kimi bütün dünyaya yayılmalıdır. Mən Babək Cəfərovun gördüyü işi yüksək qiymətləndirir, 20 Yanvar qırğınının, Xocalı soyqırımının dəhşətlərini yaşamış bir qələm adamı kimi ona minnətdarlığımı bildirirəm.


Məzahir Süleymanzadə 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )