Akademik Milli Dram Teatrının aktyorları şagirdlərlə görüşüblər - + FOTO

Akademik Milli Dram Teatrının aktyorları şagirdlərlə görüşüblər + FOTO

 Nizami rayonunun 328 saylı tam orta məktəbində Akademik Milli Dram Teatrının aktyorları xalq artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, görüşü giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev açaraq qonaqları salamlayıb. O, teatrın cəmiyyətdəki və hər bir xalqın mədəni inkişafındakı rolundan danışıb. Sonra məktəbin şagirdləri hazırladıqları səhnəcikləri təqdim ediblər. Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub, onları alqışlayıb, uğurlar arzu ediblər.

 


Məktəbin musiqili qonağı – 70 saylı məktəbin 7-ci sinif şagirdi Yeganə Eyvazlı “O sole mio” klassik mahnını ifa edib. O da qonaqların xüsusi marağına səbəb olub. Hər iki aktyor Yeganə Eyvazlıya gələcəkdə böyük səhnələri fəth etməyi arzulayıb və buna inandıqlarını deyiblər.

 


Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub. Şagirdlər onları maraqlandıran suallarla qonaqlara müraciət edib.


Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib. Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib, alqışlarla qarşılanıb. 7-ci sinif şagirdi Səid Cümşüdov "Ölülər" əsərindən Kefli İsgəndərin monoloqunu göstərib.

 

Nurəddin Mehdixanlı və Anar Heybətov məktəblilərlə görüşdən məmnun qaldıqlarını bildiriblər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !