8 mart Beynəlxalq qadınlar günü münasibətilə Könlümə düşmüsən ... - + FOTO

8 mart Beynəlxalq qadınlar günü münasibətilə “Könlümə düşmüsən”... + FOTO

Mart ayının 8-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq. Hər il teatrın gənc və istedadlı aktyoru, teatrın Həmkarlar Komitəsinin sədri, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.
9-cu ildir ki, 8 mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaqla, həmin gün onları məişət problemlərindən uzaqlaşdırmaq, teatr rəhbərliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə sevindirməkdir.
Şou-proqramda xanımlar üçün İlham Əsədovun və dəvət olunmuş qonaqların ifasında Azərbaycan və dünya musiqi nümunələrindən ibarət maraqlı repertuar, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər və parodiyalar təqdim ediləcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !