Fəridə Rəhimli : - Öz yolu ilə gedən sənətkar + FOTO

Fəridə Rəhimli : Öz yolu ilə gedən sənətkar + FOTO

Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri Ağalar İdrisoğlunun mart ayının 16- da doğum günüdür. O, 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və N. Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. 1975-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) darm və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvadakı A. L. Lunaçarski adına məşhur Dövlət Teatr Sənənti İnsitutunun ( indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.


16 yaşından bədii yaradısılıqla, jurnalistika ilə məşğul olur. İlk miniatürləri və məqaləlri 1966-67-cı illərdən “Azərbaycan pioneri” və Masallıda çıxan “Çağırış” qəzetlərində çap olunub. 42 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oyanıb və rejissor kimi 121 bir-birindən maraqlı tamaşalara quruluş verib.


O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub.
Nasir, daramatur, publisist, jurnalist kimi “Ramiz İslamoğlu sorağında”, “Sərhədsiz dünyamız”, “Ömrün akkordları”, “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq, “Bir alim ömrünün səlnaməsi” romanlarının, “Vicdan mühakiməsi”, “ Ulu Tanrı və ağ gəmi əhvalatı”, “Bura Vətəndir”, “Kəfənini geymiş qoca”, “Ömür yolları”, “Teatr sənətinin aşiqi” povestlərinin, “Həyatin astanasında”, “Qonaq”, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “İmam Şamil”, “Çarəsiz oyun”, “Öz qanunları olan şəhər, “Hörmüçək toru”, “Xocalı”, “Azadlığa gedən yol” və başqa pyeslərin, 20- dən artıq teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 50-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 800-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, müsahibələrin müəllifidir.


Ağalar İdrisoğlunun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), “Bir alim ömrünün səlnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), “Könüllərdə yaşayan sənətkar” (müştərək), “General Xudu Borçalı” ( Veys Xudiyevlə birgə ) kitabları çap olunub. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Onun özünün yazdığı pyesləri və tərcümə etdiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.


Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-cı ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq görülüb (birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib) . “İnan mənə” pyesi 1986-cı ildə SSRİ daramaturqlarının “Məhəbbət və başqaları” adlı antalogiyası kitabında çap olunub. Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafat

a və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşasının quruluşçu rejissoru kimi Ağalar İdrisoğlu “Qızıl” medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənglərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivə də “Qızıl” medal verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi Avropa Mətbuu Evinin təsis etdiyi “Qızıl” medala layiq görülüb. 2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.


Ağalar İdrisoğlu quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrinda bir-birindən maraqlı tamaşalara quruluş verir. Onun 2016-cı ilin dekabr ayında bu tetarda quruluş verdiyi Xanımana Əlibəylinin “Aycan” tamaşası teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən çox yüksək səviyyədə qarşılandı. İndi isə o, rejissor kimi hal-hazırda Vaqif Əlixanlının Qarabağ müharıbəsinə həsr olunan “Oğlum, qızım əcəl atı” monotamaşasını Əməkdar artist Qəmər Məmmədova ilə işləyir. Bir neçə dramaturqla yeni quruluş verəcəyi əsərlər üzərində iş aparır. Yazıçı kimi isə 7 kitabını çap etmək üçün son redaktə işlərini görür.


Ağalar İdrisoğlu uzun illər işlədiyi və şöbə müdiri olduğu “Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, portret yazıları ilə çıxış edir. “Az.PRESS. az”, “Sia. az” saytlarında, “Ədəbiyyat”, “Mədəniyyət” , “Ədalət”, “525” , “Azad qələm”, “Sərbəst düşüncə” və sairə qəzetlərdə, “Naxış” jurnalında biri-birindən maraqlı hekayələri, esseləri, elegiyalari, pritçaları, publisist yazıları, məqalləri, ressenziyaları çap olunur.


Ağalar İdrisoğlu doğulduğu Masalli ratonunun, Azərbaycanın Cənub bölgəsinin və indi yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar daramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar İncəsənət Xadimidir. 1991-cı ildə məhz onun ideyası və təşkilatşılığı ilə Sumqayıt Dövlət Dram Teatrı Musiqili-Dram Teatrı olub. Və həmin vaxtı teatra əlavə 80 ştat verilib. O, uzun illər Azərbaycanı gənc daramaturq kimi Ümumittifaq seminarlarında yüksək səviyyədə, peşəkarlıqla təmsil edib.


Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından, Respublikanın Əməkdar İncəsənət Xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf edən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr etdiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. Onun bundan sonra da quruluş verəcəyi yeni tamaşaları, bədii əsərlərini, məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik.

 

Fəridə RƏHİMLİ
yazıçı – publisist

 

 


***

 

 

Firdovsi Ələmoğlu

 

 

 

 

 

 

 

 

 

Ad günün mübarək
(Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun
mart ayının 16-da 67 yaşı tamam olur)

 

 

Qardaşım Ağalar
təbrik edirəm,
Ömür gödəlsə də
Sənət gödəlmir.
Açdığın cığırıla
mən də gəlirəm
Qalxdığın bu zirvə
Ölçüyə gəlmir.

 

Baxıram zəhmətlə
ucalır insan,
Sənə töhfə düşür
bu ucalıqdan.
Sənin gözəl üzün,
Xoş təbəssümün
Hər bir oxucuya
tanışdır bu gün.
Sənət zirvəsinə
bu yüksəlməyin,
Hər bir oxucuya
alqışdır bu gün.

 

Ötsə də ömürdən
bu neçə illər,
Fəqət ağarsa da
qara tellərin
Heç vaxt əyilmədin
Dik oldu başın
Bizlərə örnəkdir
Sənin hünərin!

 

15.03.2016 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !