AMEA-da AZƏRBAYCANIN VƏ CƏNUBİ QAFQAZIN TARİXİNDƏN BƏHS EDƏN KİTABLARIN TƏQDİMATI KEÇİRİLİB - + FOTO

AMEA-da AZƏRBAYCANIN VƏ CƏNUBİ QAFQAZIN TARİXİNDƏN BƏHS EDƏN KİTABLARIN TƏQDİMATI KEÇİRİLİB + FOTO

Martın 15-də AMEA-da Litva Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə litvalı tarixçi, professor Alqimantas Liekisin “XX əsrdə Qafqazda xalqların köçü” və jurnalist Qintaras Visotskasın “Qara Bağın Faciəsi” kitablarının təqdimatı keçirilib.


Təqdimatda AMEA-dan və digər dövlət qurumlarından nümayəndələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın tarixindən mühüm faktları əks etdirən hər iki əsərin mahiyyətindən, ideya və məzmun baxımından mühüm tarixi əhəmiyyət kəsb edən məqamlarından danışıb.

 

Sonra litvalı jurnalist, www.slaptai.lt internet-portalın təsisçisi və redaktoru Qintaras Visotskas və professor Alqimantas Liekis əsərlərinin yazılma tarixi haqqında danışıblar. Müəlliflər Cənubi Qafqazın keçmişinə dair tarixi faktlardan, eləcə də Azərbaycan və Litva tarixinə dair paralellər aparmaqla bənzər hadisələrdən söz açıblar.

 

Təqdimatda bildirilib ki, qeyd olunan kitablar ötən il işıq üzü görüb. “XX əsrdə Qafqazda xalqların köçü” əsəri litva və rus dillərində, “Qara Bağın Faciəsi” əsəri isə litva dilində nəşr olunub.

 

Qeyd edilib ki, təqdim olunan əsərlərdə ermənilərin Türkiyə və İran ərazilərindən Azərbaycana və Cənubi Qafqaza iki əsr öncə köçürülməsi tarixi faktlar əsasında xüsusilə diqqətə çatdırılır. Əsərlərdə erməni təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi, həyata keçirdiyi işğalçılıq siyasəti və soyqırımı cinayətlərindən bəhs olunur.

 

Təqdimatda Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, tarix üzrə elmlər doktorları İradə Bağırova, Sevinc Əliyeva və başqaları çıxış edərək Ermənistanın təcavüzkar siyasətinin region dövlətləri üçün yaratdığını təhlükədən, regionda sabitliyin bərqərar olmasına qarşı törətdiyi maneələrdən danışıblar. İctimaiyyətə təqdim olunan hər iki əsəri mühüm tarixi tədqiqat nümunəsi kimi yüksək qiymətləndiriblər.

 

Tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxanada diplomatik nümayəndəliklər üçün yaradılmış “Mədəniyyətlərarası dialoqa diplomatik nümayəndəliklərin töhvəsi”adlı guşəyə baxış keçiriblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !