BMU tələbələri dini məbədləri ziyarət etdilər - + FOTO

BMU tələbələri dini məbədləri ziyarət etdilər + FOTO

16 mart 2017 ci il tarixində Bakı Mühəndislik Universitetinin Kimya və Tərcümə bölməsinin bir qrup tələbələri Universitetdə fəaliyyət göstərən “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən Jen Mironesets kilsəsinin, Əşkinazi yəhudiləri sinaqoqunu və Heydər Məscidini ziyarət etmişlər. Ziyarət zamanı tələbələrə, ölkəmizdə bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəsləndiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar tərəfindən etiraf olunması, dövlətin bu sahədə apardığı uğurlu siyasətin nəticəsidir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !