31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fəaliyyətlərə start verilib - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

“31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı fəaliyyətlərə start verilib + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Bu gün Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” çərçivəsində planlaşdırılan onlayn fəaliyyətlər ilə bağlı fəaliyyətlər əlaqələndirmə görüşü keçirilib.

 

QHT.az xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Şuranın sədri Seymur Hüseynov, Milli Şuranın katibliyi, Gənclər Təşkilatları və Tələbə Gənclər Təşkilatlarının rəhbər və nümayəndələri, mətbuat nümayəndələri iştirak edib. Görüş zamanı Milli Şuranın Baş katibi Leyla İsrafilova tərəfindən onlayn fəaliyyətlər haqqında təqdimat nümayiş etdirilib.

 

 

 

Fəaliyyətlərin məqsədi Azərbaycan reallıqlarının, soyqırım faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması və Gənclərin “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin edilməsidir.

 

 

Fəaliyyətlər çərçivəsində soyqırım haqqında məlumatlar toplanaraq, müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza yardılacaqdır. Paylaşımlar zamanı #31marchgenocide #31onlinehəştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsilə kütləvi çağırışlar ediləcək, Azərbaycan reallıqlarını özündə əks etdirən paylaşımlar və məlumatlar yerləşdiriləcək.

 

 


Qeyd edək ki, Mart soyqırımı və ya mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunmuşdur.

 

 

Məlumat üçün bildirək ki, “XƏTDƏ” Proqramı – Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın maraqlarının müdafiəsi məqsədi ilə uğurlu və genişmiqyaslı kampaniyalar həyata keçirilmişdir. Xatırladaq ki, “XƏTDƏ” Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və Milli Şura, 20-26 fevral 2017-ci il tarixlərini əhatə edən və Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək məqsədi ilə silsilə fəaliyyətlər keçirilib. Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etmək olub. Fəaliyyət çərçivəsində heç bir zaman Xocalının üzünü görməyən yeni nəsildən intervyu götürülərək sosial video-çarx hazırlanmışdır. Həmçinin, fevralın 26-sı ictimaiyyətə buraxılan bu video-çarx Twitter sosial şəbəkəsində günün ən çox paylaşılan videosu olmuşdur. Əsas fəaliyyət elementlərindən biri paylaşımların edilməsi idi. 8 dildə (rus, ingilis, fransız, italyan, fars, ivrit, çin, azərbaycan) 16240 tvit yazılaraq müxtəlif profillərdən #khojalyonline #justiceforkhojaly həştəqlərindən istifadə edilərək paylaşımlar edilib. Elektron imzaya keçid 28 təşkilat tərəfindən, örtük şəklə keçid 150-yə qədər gənc tərəfindən olmuşdur. Fəaliyyət elementlərin biri də bəyannamənin hazırlanıb beynəlxalq təşkilatara, parlamentarilərə, dövlət qurumlarına göndərilməsi idi. Belə ki, «Xocalı Soyqırımının 25-ciİldönümü Haqqında Azərbaycan Gənclərinin Bəyanatı» 4 dilə (rus, ingilis, ərəb, fransız) tərcümə olunaraq 1473 e-poçta göndərilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !