Novruz bayramı şənliyində Yevlax şəhər nümayəndəliyi də iştirak etdi - + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Novruz bayramı şənliyində Yevlax şəhər nümayəndəliyi də iştirak etdi + FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )

Bakı şəhəri Sabir bağında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan Novruz bayramı şənliyində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyi də iştirak etdi. Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan şəhər yaradıcılıq evində fəaliyyət göstərən Kukla “Xalq” teatrının kollektivi əhalinin qarşısında çıxış edərək xoş anlar yaşatdı. Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” Eldəniz Mustafayev səhnəyə çıxaraq Bakı sakinlərini və şəhərə gələn turistləri salamladı. Bayram təbriklərindən sonraEldəniz Mustafayev Cabir Novruzun “Sevin Azərbaycanı” adlı şeirini söylədi. Şeirturistlər və yerli sakinlər tərəfindən çox böyük rəğbətlə və alqışlarla qarşılandı. Daha sonra söz Kukla “Xalq” teatrının kollektivinə verildi. Teatrın rəhbəri şəhər Yaradıcılıq evinin direktoru Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” Zöhrə Adgözəlova bayram təbriklərindən sonra Rəhman Əlizadənin ssenarisi əsasında vəZöhrə Adgözəlovanın rejissor olduğu “Tülkünün uçuşu” adlı tamaşadan məlumat verərək izləməyə dəvət etdi. Tamaşa sürəkli alqışlarla qarşılandı. 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !