Xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi - + (AZpress.AZ)

Xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi + (AZpress.AZ)

Bu il ölkəmizdə “İslam həmrəyliyi” ili elan olunub və bu sahədə əməli addımların da müqəddəməsini artıq müşahidə etməkdəyik. Azərbaycanın tarixinə nəzər saldıqda milli və mənəvi dəyərlərimizin hər birinin ülvi bir kökə yetişdiyini müşahidə edirik. Tarixi keçmişimizi incələdikdə, İslam həmrəyliyinin izlərinə rast gəlirik. İslam həmrəyliyinin tarixini İslamla məhdudlaşdırmaq doğru olmazdı. Məsələyə bir qədər də geniş yanaşdıqda, İslamdan öncə də bu həmrəyliyin tarixi kökünə çıxırıq. Bu önəmli məsələ zaman keçdikcə müxtəlif adlarla anılsa da mahiyyət baxımından bir olmuşdur.



İslam həmrəyliyi İslamdan öncə



İslamdan öncə, ərəblər arasında ardı-arası kəsilməyən müharibələr baş verirdi. Bunların içərisində ən qanlı və faciəlisi tarixə “Ficar hərbi” adı ilə həkk olan döyüşdür. Bu döyüşdə Qureyş və Məkkə çox zərər çəkmişdi. Yüzlərlə ailə məhv olmuş, pərişan vəziyyətə düşmüşdü. İnsanlara zülm, soyğun, basqın, bir-birlərini sadə məsələlər üstə öldürmələri onların gündəlik həyat tərzinə çevrilmişdi. Bu acınacaqlı vəziyyət bəzilərini qeyrətə gətirdi və iki tərəfi razılaşdıraraq müqavilə bağlanmasına nail oldular. Məkkədə yаşаyаn qəbilələr аrаsındа bir-birinə təcаvüz etməmək bаrəsində müqаvilə bаğlаnmışdı. Lakin şəhərə qərib bir аdаm gəlsəydi, heç bir qəbilə və yа müqаvilə yox idi ki, onu müdаfiə etsin.
Tarixçilərin yazdığına görə, Bəni Əsəd qəbiləsindən bir nəfər Məkkəyə ticаrət etməyə gəlir. Bəni Səhm qəbiləsindən olаn bir nəfər onun mаllаrını аlаrаq pulunu ödəmir. Həmin tаcir Qüreyş qəbiləsinin yаnınа gedib köməklik istəyir. Qüreyşlilər onа cаvаb verərək bildirirlər ki, sən bizimlə müqavilə bаğlаmаdığındаn biz səni müdаfiə edə bilmərik. Tаcirin hər yerdən ümidi kəsildikdən sonrа Əbu Qubeys dаğınа çıxаrаq onа zülm edildiyi hаqdа şer oxumаğа bаşlаyır. Və Qüreyşdən yаrdım diləyir.
İbn Hişam İbn İshaqdan belə rəvayət etmişdir. “Bu hadisədən sonra Qureyşdən bir qrup insan Abdullah ibn Cədanın (yaşına və nüfüzuna görə) evində cəm olub vəziyyətlə bağlı bir müqavilə bağlamaq qərarını müzakirə etdilər. Qərara alındı ki, Məkkə qəbilələri arasında olduğu kimi, Məkkəyə kənardan gələn kimsəsiz və qərib insanların da haqları qorunsun, onlara edilən zülmlərə qarşı çıxılsın və haqqı özünə qayıtmayacan öz işlərində israr etsinlər.”
Bu müqаvilə əvvəldə bаğlаnmış əhd-peymаnlаr və аnd içmələrdən əlаhiddə (xüsusi seçildiyi üçün) olduğu üçün onа hilful-fuzul аdı verilmişdir. Bu аdın onа verilməsi bаrədə bаşqа rəvаyətlər də nəql olunmuşdur. Məsələn; Tarix və siyər kitabları yazır ki, buna bənzər müqavilə digər iki ərəb qəbiləsi arasında da Fadl və Hidayl da olmaqla bir neçə şəxs arasında bağlanmışdı.Bu müqavilə də ona bənzədiyindən “Fadl”ların müqaviləsi mənasına gələn Hilful-Fuzul anlamına gəlmişdir. Bu hadisə İslamdan öncə baş vermişdi. Allah Rəsulu (s) da birlik məqsədi ilə qurulan bu cəmiyyətdə iştirak etmişdir. İslam peyğəmbəri (s) daha sonra bu hadisəni yad edərək demişdi: “Cаhiliyyət dövründə Аbdullаh ibni Cədаnın evində bir müqаvilə məclisində iştirаk etdim. Əgər onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə dəvət etsələr biz orаdа iştirаk etməyə hаzırıq.”
Həmin müqaviləni imzalayanların həyatdan getməsi ilə, Hilful-Fuzul hadisəsi də xoş bir hadisə kimi yaddaşlara həkk olundu. Bu hadisə həmişə zalımları narahat etmiş və belə bir birliyin tərəfdarı olmamışlar. Tarixçilərin yazdığına görə, Mədinə valisi Vəlid bin Utbə Hz Hüseynin bir mövzuda haqqını tapdaladığı zaman o, belə demişdir: "And olsun Allaha! Ya haqqımı mənə qaytaracaqsan, ya da Peyğəmbər (s) məscidinin qarşısına çıxaraq camaatı Hilful-Fuzula dəvət edərəm”. Hadisənin böyüməsindən qorxan Vəlid, Hz Hüseynin haqqını özünə qaytarmışdır.
Bu gün də hegemon dövlətlər İslam dövlətləri və müsəlman xalqlara qarşı açıq-aşkar müharibə elan edir, müsəlman olan ölkələri bombalayır, sakinləri isə bütün dünya ictimaiyyətinin gözü qarşısında qətlə yetirirlər. Bu mübarizədə bəzən din donuna bürünmüş münafiq dəstədən də məharətlə istifadə edirlər. Müsəlmanlar arasında nifaq toxumu səpərək illər sonra acı meyvəsini yenə də müsəlmanlara yedirdirlər. İki ənənəvi məzhəbin arasında olan fərqlilikləri faciə halına salırlar. Artıq islam dünyası Ali İmran 64- ayəsinə söykənərək məzhəblər arası ixtilafdan çəkinməli, fərqlilikləri deyil, ortaq cəhətləri aramalı və İslam, vəhdət və qardaşlıq prinsipləri üzrə birləşməlidirlər. Bu gün İslam dünyasının hegemon imperialist qüvvələr qarşında əziz İslam Peyğəmbərinin (s) də arzu etdiyi Hilful-Fuzula ehtiyacı var.
31 Dekabr tarixi – ölkəmizdə və təqvimimizdə özünə məxsus yer tutur. Bu, bütün Azərbaycan xalqını həmrəylik sədası ilə səsləyən taixi bir gündür. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilir.
Bu qısa müqəddimədən sonra əsas mövzumuza keçid alaq. Ölkəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması artıq bir dəyərə çevrilib. Bu gözəllik, insanların ruhuna homuşdur. Bu gözəllik dinimizlə də həmahəngdir. Dinimiz insanların, xalqların mədəniyyətlərinə daim hörmətlə yanaşmış, onu assimlasiyaya məruz qoymamışdır. İslam tarixinin şanlı səhifələrinə baxdıqda görürük ki, dinimiz yayıldığı coğrafiyalarda bir xalqın mədəniyyətində İslamın təməl prinsipləri ilə ziddiyyət təşkil edən bir nüans yoxdursa İslam ona toxunmamışdır. Peyğəmbərin (s) etdiyi hər bir əməl ümmət üçün bir nümünədir. Dediyimiz sözlərin dəlili Qurandır. İslam dini haram aylara ehtiram və hörmət əlaməti olaraq, o ayda döyüşməyi qadağan edir.Bir halda ki, o adəti İslam gəldikdə var idi və İslam bunu qadağan etmədi və hətta Allah da ayə nazil edərək bu işi təsdiqlədi.
“Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün...” (Tövbə 5)
İslamın həcc ayinlərindəki məsələni aradan aparmır daha da təkid edir ki, əməl edin:
“Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tövhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəblərindən lütf və razılıq diləyən Beytul-Həram zəvvarlarına hörmətsizlik etməyin...” (Maidə 2)
Allah Rəsulu (s) buyurmuşdur: “Hər kim yaxşı bir dəb (sünnə) yaratsa, həmin sünnənin savabı və ona əməl edənlərin savabı onun üçün yazılar. Hər kim pis bir dəb (sünnə) yaratsa, həmin sünnənin vəbalı (günahı) və ona əməl edənlərin vəbalı onun üçün yazılar” (Lisan əl-ərəb, 8-ci cild, səh. 6; Kənzul-ummal, c 15, səh. 78)

 

Camaatın yaxşı adətlərinin dəyişdirlməməsi Hz Əlinin (ə) sözlərində

 

Hz Əli (ə) Malik Əşdərə buyurdu: “Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri, (camaat arasında) ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti (onun işlərini) sahmana salmış gözəl adət və qaydanı (məsləki) pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki, (əgər belə etsən bil ki, xeyir əldə etməyəcəksən) savab və mükafat həmin (gözəl) adət və qaydaları kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.” (Nəhcul-Bəlağə, səh. 631)
Hz Əli (ə): “Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki, kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).” (Nəhcul-Bəlağə, səh. 842)
Hz Əli (ə): “İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.” (Nəhcul-Bəlağə, səh. 693)
Bütün bu deyilənlərdə məqsəd bir daha budur ki, ölkəmizdə də qədim köklərə aid olan müsbət adət və ənənələr qorunaraq gələcək nəsillərə ötürülür. Ölkəmizin insanlarının daim qardaşlıq prinsiplərini əsas tutaraq, vəhdət bayrağı altında cəm olmuşlar. Ölkəmizdə ilahi vəhdət nişanələri o qədər çoxdur ki, saymaqla bitməz. Adətən, bir məntəqədə iki ənənəvi məzhəbin nümayəndələri mehriban və səmimi şəkildə həyat sürürlər. Bir-birlərinin məscid və mərasimlərində, hətta namazlarında belə iştirak edirlər. Bütün bunlar, ölkəmizdə vəhdətin əməli göstəricisidir. Bu həmrəyliyi əsrlərdir heç bir fitnə və hiylə poza bilməmişdir. Bu gün İslamın, insanlara qarşı od püskürən çağırışlar deyil, “sülh, əmin-amanlıq, vəhdət” deyə səsləyən carçılara ehtiyacı vardır. Bu mövzu hər zaman aktuallığını qoruyub saxlamışdır.
İslam Peyğəmbəri Məhəmməd (s) Məkkə şəhərini böyük qüdrət və əzəmətlə fəth edərkən, Səəd adlı səhabə, müşriklərin başçısı Əbu Süfyana gözü sataşdıqda uca səslə qışqırdı: "Bu gün intiqam günüdür". Rəhmət Peyğəmbəri (s) bu hadisədən narahat oldu və Hz. Əliyə (ə) tapşırdı ki, gedin Səədin əlindən bayrağı alın və fəryad çəkərək deyin: "Bu gün mərhəmət günüdür".
Bax, budur həqiqi qüdrətin nişanəsi, budur İslamın gözəlliyiİ
Bu gün ölkəmizdə də İslam həmrəyliyi ilinin elan olunması vəhdət üçün gözəl zəmindir. Bu, fürsətləri ən gözəl şəkildə dəyərləndirib, bütün vücudumuzla birgə, vəhdət və həmrəylik üçün çalışaq. Fərqliliklərimizi deyil, ortaq cəhətlərimizi əldə meyar tutaraq, din uğrunda səy göstərək.

 

Mahir ŞƏKƏROV,
ilahiyyatçı.


Məqalə Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunmaq üçündür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !