AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib -

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən dissertasiya şuraları, elmi seminar və fənn komissiyaları barəsində tədbir iştirakçılarına məlumat verib.


İclasda Bölmənin Batabat Astrofizika Rəsadxanasının Səma Cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Ay Günəş sistemində ən böyük peykdir” mözusunda elmi məruzəsi dinlənilib. Məruzədə Ayın neçə yaranmasından, hərəkətindən, kraterlərinin əmələ gəlməsi prossesindən,okean sularında yaratdığı qabarmalardan,Ayın Yer iqlimini stabilləşdirməsindən bəhs olunub.


Daha sonar 2017-ci ildə AMEA Naxçıvan Bölməsində rüblük hesabatların hazırlanması ilə bağlı bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov tədbir iştirakçılarına məlumat verib.


İclasdaAMEA Naxçıvan Bölməsində aparılan elmi-tədqiqat işlərinin istehsalatda tətbiqi işinin artırılması haqqında Bioresurslar İnstitutunundirektoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbovun və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovunçıxışları dinlənilib.


Akademik İsmayıl Hacıyevcari ildə tədqiqatların elmi səmərəliyini daha da yüksətmək üçün institut direktorlarına müvafiq tapşırıqlarını verib.


Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə-tərəvəz və üzümçülük laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin vəziyyəti haqqında laboratoriya rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyev ətraflı məlumat verib.Laboratoriya rəhbərinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub qazanılan uğurlarla yanaşı, mövcud nöqsanlara,laboratoriya işçilərinin fəaliyyətlərindəki çatışmamazlıqlara toxunulub və yaranan problemlərin həllinin aradan qaldırılması yolları müzakirə edilib.


Müzakirəyə çıxarılan növbəti məsələ Bölmənin Mərkəzi Aparatı və elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qrupların tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı olub.


İclasda“Wikipedia” virtual ensiklopediyasının dünyadakı əhəmiyyəti qeyd edilib.Bildirilib ki, Naxçıvanın dünyada geniş tanıdılması, məlumatların daha düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanları var.Vurğulanıb ki, ölkəmizlə bağlı “Wikipedia”da yetərincə məlumatlar yerləşdirilməyib və bəzi hallarda həqiqətə uyğun olmayan məlumatlara da rast gəlinir. Viki-qrupların tərkibindəki əməkdaşlara virtual məkanda fəaliyyətlərini aktivləşdirməsi və eyni zamanda Azərbaycan və Naxçıvanla bağlıtam dolğun məlumatların “Wikipedia” ensiklopediyasına daxil edilməsi üçün müvafiq tapşırıqlar verilib.


Sonda cari məsələlər müzakirə olunub.
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )