Mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırım siyasətinin mərhələrindən biridir -

Mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırım siyasətinin mərhələrindən biridir

AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev1918-ci ilin mart ayında ermənilər tərəfindənBakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, ümumilikdə azərbaycanlılar yaşayan başqa bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar barəsindəətraflı məlumat verib. Bildirib ki, mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırım siyasətinin mərhələrindən biri olub və 1918-1920-ci illərdə azərbaycanlıların yaşadıqları еlə bir ərazi yоxdur ki, оrada еrməni vəhşiliyi özünü göstərməsin. Xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış yerləri talan edilərək yandırılıb, dağıdılıb, eyni zamandaqadın, uşaq, qoca vəhşicəsinə qətlə yetirilib.Qeyd olunub ki, bir çox dövlətlərin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı xeyli sayda arxiv materialları var.
Tədbirdə Mir Möhsün Nəvvabın “1905-1906-cı illər erməni müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı dəyərli kitablardan və digər tədqiqat əsərlərindən bəhs olunaraq bildirilib ki, kitablarda saxtakar ermənilərin təcavüz siyasətlərini təsdiq edən olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb.Xüsusi olaraq vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı aktlarına qarşı rəsmi şəkildə, cəsarətlə, yorulmadan mübarizə aparılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanla hüquqi-siyasi qiymət verilmişdir.
Tədbirdə azərbaycanlılara qarşı müxtəlif mərhələlərdə törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə еtmək hər bir kəsin mühüm vəzifəsi olduğu vurğulanıb. Eyni zamanda iki əsrdir ki, məkrli və qaniçən еrməni cəlladları Azərbaycan xalqına qarşı törətdikləri sоyqırımıbütün dünya ictimaiyyətinə çatdırılmasında ziyalıların virtual məkanın–internetin böyük imkanlarından geniş istifadə etməsinin zərurətindən danışılıb.
Daha sonra Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev “XX yüzilliyin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar”,həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti (1918-1920-ci illər)”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, elmi işçi,tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə“Ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarında Naxçıvan”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Azərbaycanlıların indiki ermənistan ərazisindən deportasiyası və onun nəticələri” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və Xocalı soyqırımına aid real fakatları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş etdirilib.
Məlumat üçün onu da qeyd edək ki, Bölmənin Mərkəzi Elmi kitabxanasında 31 Mart-Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar kitab, qəzet, jurnal və toplu materiallarından ibarətsərgi də təşkil olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !