Qarabağ əsirlər və girovlar. Közərən xaç filminin təqdimat mərasimi keçirilmişdir - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

“Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilmişdir + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

AZpress.AZ xəbər verir ki, Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilmişdir.

 


***

 

 

Erməni vəhşilikləri “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmində

 

 


Martın 31-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qarabağ əsirlər və girovlar. Közərən xaç” sənədli filminin təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sifarişi ilə hazırlanan sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi Əməkdar jurnalist Mübariz Əsgərovdur. Filmdə 1918-ci il martın 31-də ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı bütün incəlikləri ilə öz əksini tapıb. Filmin çəkilişlərində konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini də əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıb. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıb, özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər.

 


FOTO : AZpress.AZ - Nəriman İsmayılov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !