Erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir - + FOTO ( AZpress.AZ - Xaqani Əzizov, Sumqayıt )

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir + FOTO ( AZpress.AZ - Xaqani Əzizov, Sumqayıt )

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir. 1918-ci ilin 31 mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı səhifəsidir. Bu münasibətlə hər il ölkəmizdə tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi anılır.

 

AZƏRTAC xəbər verir ki, martın 31-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım tədbiri keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Mərkəzin konfrans zalında davam edən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

 

Tədbirdə çıxış edən tarixçilər, müəllimlər, ziyalılar son iki əsrdə mənfur ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti haqqında məlumat veriblər. Bildirilib ki, soyqırımı nəticəsində azərbaycanlılar ağır məhrumiyyətlərə, məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalıb, min illər boyu yaşadıqları əzəli dədə-baba torpaqlarından didərgin salınıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.

 

Qeyd edilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanılıb, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başlayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrini unutmamaq, faciə qurbanlarını yad etmək, xatirələrini əbədiləşdirmək üçün ulu öndər 1998-ci il martın 26-da “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərman imzalayıb.

 

Vurğulanıb ki, bizim bir vətəndaş olaraq heç birimizin bu qanlı-qadalı hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

 

Tədbirdə azərbaycanlıların soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !