31 mart soyqırımı Qarabağ faciəsinin başlanğıcıdır! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

31 mart soyqırımı Qarabağ faciəsinin başlanğıcıdır! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.


“Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.Bu aksiyaların davamı bizi Qarabağımızdan etdi. Davam edən soyqrımlar 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.


1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.


Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.


Atəşkəs rejiminin olmasına baxmayaq təcavüzkarlar hələ də işğal etdikləri torpaqları mənimsəməkdə davam edir və öz əməllərindən əl çəkmirlər.Bir şeyi unudurlar ki, Azərbaycan adı çəkiləndə Mübarizlər , Fəridlər , Samirlər və sairə kimi şahidləri olan bir məmləkəti yox etmək qeyri mümkündü.
AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 31 mart 2017 ci il tarixində Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü və dəstəyi ilə Səbail rayon 1 saylı filialıvə Nəsimi rayon 3 saylı filialin təşkilatçılığı ilə 31 mart soyqrımına həsr olunmuş tədbir keçirildi. Tədbirdə bir çox ziyalılar , yazarlar, rəssamlar , media nümayəndələri iştirak etmişlər. Tədbir Azərbaycan həqiqətlərini ictimaiyyətə catdırmaq məqsədi daşıyır və 31 martda həlak olmuş insanlarımız anmaqdır. Ziyalıların iştirak etdiyi tədbirdə cixiş üçün ilk olaraq söz Səbail rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Nüşabə Ələkbərova , sonra Səbail rayon MKS-nin 1 saylı filialının direktoru Gülşən Abbasova , Nəsimi rayon MSK-nin 3 saylı filialının direktoru Dilşad Məmmədova , Sarabski adına Mədəniyyət evinin direktoru Tərlan Akçay , Şair publisist Fesih Əli oğlu, rəssamlar Aygün və Elnurə İsgəndərovalar.Seymur Gözəlov , İnarə Əliyeva , Seymur Əlipənahov, Afər xanım və media nümayəndələri soyqrımla bağlı öz münasibətlərini bildirmişlər. Keçirilən tədbir Azərbaycanın qan yaddaşı olan soyqrımın gənclər arasında daha da möhkəm aşılanmasına xidmət edir. Keçmişimizi xatırlayaq ki, gələcəyimiz düşmən əlində qaralmasın.


AZpress.AZ, Minə Türksoy.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !