BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib - + FOTO

BSU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib + FOTO

31 mart Bakı Slavyan Universitetində (BSU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qan yaddaşımız” adlı anım mərasimi keçirilib.Əvvəlcə qətlə yetirilmiş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva31 Mart 1918-ci il tarixində baş vermiş qanlı hadisənin ermənilərin azərbaycanlıların əleyhinə törətdikləri cinayət olduğunu və bu tarixin bizim yaddaşımızdan heç vaxt silinməyəcəyini nəzərə çatdırıb. Tarix boyu Azərbaycana qarşı yönələn erməni vəhşiliklərindən, azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından sürgün edilməsi və didərgin salınmalarından danışan rektor 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 Martın azərbaycanlıların Soyqırımı Günü kimi tarixə düşdüyünü diqqətə çatdırıb. Bakı Slavyan Universitetində Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gənclərin rolunu xüsusi vurğulayan Nurlana Əliyeva aprelin 5-də şəhidlərin xatirəsinə həsr olunacaq yürüşdə BSU-nun 300-dən çox tələbəsinin iştirak edəcəyini deyib.
Tədbir çərçivəsində mərhum kinorejissor, BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi Ələkbər Muradovun “Yaddaşın rəmzi”sənədli filminin nümayişi olub.


Sonra Diplomatiya və xarici siyasət kafedrasının dosenti Sabir Məmmədovun “31 mart soyqırımı”, Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının dosenti Şəhla Nurizadənin “Quba soyqırımı memorial kompleksinin tarixi araşdırmaları”, III kurs tələbəsi Sahib Gülməmmədovun “31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir” adlı məruzəsi dinlənilib. Çıxışçılar soyqırımla bağlı vacib faktları açıqlayaraq gənc nəsli öz tarixi keçmişini unutmamağa səsləyiblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !