Yaz mövsümünün başlanması ilə əlaqədar Nəbatat bağınayeni ağac və dekoratik gül kolları əkilir -

Yaz mövsümünün başlanması ilə əlaqədar Nəbatat bağınayeni ağac və dekoratik gül kolları əkilir

AMEA Naxçıvan BölməsininBioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağıntəcrübə sahələrinəregionda bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olanbəzək, dərman, efiryağlı və digər bitkinümunələri əkilərəküzərlərində elmi tədqiqat işləri aparılır. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bu bitkilərin qorunması tədbirləri də həyata keçirilir.


Yaz-yay mövsümünün başlanması ilə əlaqədarbu günlərdə Nəbatatbağında mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, bağın təcrübə sahəsinə yeniağac və dekoratik gül bitkiləri salınır.Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və Nəbatat bağının şöbə müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tərəfindənAMEA-nın Dendrologiya İnstitutunundan, İran və Türkiyə Respublikalarından, Batumi Botanika Bağından gətirilən və xüsusi sahələrə əkilən yeni bitki növlərinin arasında xeyli sayda otaq bitkiləri, müxtəlif kaktus növləri, palma tingləri, müxtəlif şamlar və digər bitki nümunələri var.


Bir neçə ay ərzində torpağa salınan bitkilərin yerli şəraitə necə uğunlaşması müəyyən ediləcək. Əldə olunan yeni növləri artırmaqla Naxçıvan Muxtar Respublikanın yaşıllaşdırma işlərində, müxtəlif təşkilat və fermer təsərrüfatlarındaistifadəsi nəzərdə tutulur.


Qeyd edək ki, bağının ərazisində qurulan “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxanadanümayiş etdirilən ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bir çox bitki növlərin toxumlarından alınan cücərtilər üzərində haliyədə müşahidələr aparılır ki, bu bitki növlərinin də muxtar respublikamızın torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi çox böyük müvəffəqiyyət hesab oluna bilər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !