Media nümayəndələri Formula-1 Azərbaycan Qran-prisinin məsul nümayəndələri ilə press- turda hazırlıq işləri ilə tanış olublar! - + FOTO (AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Media nümayəndələri Formula-1 Azərbaycan Qran-prisinin məsul nümayəndələri ilə press- turda hazırlıq işləri ilə tanış olublar! + FOTO (AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Azpress.Az saytının verdiyi xəbərə əsasən bildiririk ki , aprelinn 5-də Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə tanışlıq məqsədilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən media nümayəndələri üçün treklerdə gedən hazırlıq işləri ilə tanış olmaq üçün tur təşkil olunub.


BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə bildirib ki, ötən il olduğu kimi, bu il də qəmbər daşları ilə örtülü bu yol asfaltlanacaq. Asfaltlanma işləri təxminən beş gün ərzində aparılacaq.Hərəkətin sıx olduğunu nəzərə alaraq işlər əsasən həftə sonları, gecə və gündüzvaxtları həyata keçiriləcək. Alınan məlumata əsasən bildiririk ki, işlərin may ayının sonuna qədər yekunlaşması nəzərdə tutulur.


Media nümayəndərinin verdiyi hər bir suala aydınlıq gətirən Tom Butçer jurnalıstlərin verdiyi Tarixi abidəmiz olan Qala divarları bu sürətdən zədələnə bilərmi sualını belə cavablandırmışdır.-Keçən il keçirilmiş yarış zamanı bolnglərin yüksək sürətlə hərəkəti tarixi yerlədə hər hansı bir zərər verəcək təsiri olmayıb , əksinə müsbət təsirlərinən biri də odur ki, turistlərin daha çox cəlb edən məkanlardan birinə çevrilmişdir.Yarışı izləyənlərdə məkanın qədimliyini gözəlliyini izlədikləri üçün çox razı qalıblar. Yəni sizing narahatlığınıza bir səbəb görmürəm . Yarış öncəsi hər bir detallar peşəkarlar tərəfindən ölçülüb biçilir. Media nümayəndələri Hökumət evinin qarşısında yerləşən Paddok ərazisi ilə də tanış olublar. Tom Butçer burada görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, burada yarışa nəzarət qülləsi, komandaların qarajları və pit binasının tikintisi aparılır. “Çalışırıq ki, inşaat işlərini iyunun 1-dək yekunlaşdıraq. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmiləri və Formula-1 komandaları gələnə qədər işlər tam yüksək səviyyədə görülməlidir.


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, bu il Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçılığı üçün cəlb edilən şirkətlərin 80 faizi yerli, qalanları isə xarici şirkətlərdir. Bu meyili qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, gələcək illərdə bütün bu işləri yerli şirkətlər görəcək. Nəzərinizə çatdırırq ki, Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də keçiriləcək.

 


Azpress.Az, Minə Türksoy. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !