Lənkəranda Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması mövzusunda maarifləndirmə tədbiri keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.


Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının müavini Xalid Rəhimov bu işlərin Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirildiyini bildirib. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd bu sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.


Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin yer quruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri Əliqulu Cabbarov çıxış edərək “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” cənab Prezident İlham Əliyevin 07 mart 2016-cı il tarixli Fərmanının 5-ci bəndinin icrası ilə bağlı “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin hazırlanması qaydaları”nın izahı barədə ətraflı məlumat verib.


Tədbirin sonunda müzakirə olunan məsələ ilə əlaqədar suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !