Bakı Mühəndislik Universitetinin tələbələri Festivalın qalibləri sırasında -

Bakı Mühəndislik Universitetinin tələbələri Festivalın qalibləri sırasında

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 03.04.2017-ci il tarixdə Azərbaycan Dövlət Rus Dram Teatrında “Tələbə baharı” X Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının seçim turu keçirildi. Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin yaradıcı kollektivlərinin üzvləri də müsabiqədə fəallığı ilə seçilirdi. Milli, xalq və müasir rəqslər, klassik və pop müsiqi nominasiyaları üzrə müsabiqədə iştirak edən istedadlı tələbə-gənclər festivalın qalibləri sırasında yer aldılar.


Bakı Mühəndislik Universitetinin qızlardan ibarət rəqs kollektivi müasir rəqslər nominasiyası üzrə III yerə, Mühəndislik fakültəsi,kimya mühəndisliyi bölümünün IV kurs tələbəsi Arzu Cəbrayılova pop müsiqi nominasiyası üzrə IV yerə layiq görüldü.


X Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının Qala konserti 26 Aprel Musiqili Komediya Teatrında keçiriləcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !