ADU-da fransız dilində “Xəsis” nümayiş olunub - + FOTO

ADU-da fransız dilində “Xəsis” nümayiş olunub + FOTO

Aprelin 6-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə fransız ədəbiyyatının görkəmli dramaturqu və rejissor Jan-Batist Pokelən Molyerin “Xəsis” komediyasının təqdimatı keçirilib.

 

Tədbirdə fransızdilli tələbələrin ifasında Molyer haqqında mahnı oxunub, onun həyat və yaradıcılığı, əsərləri haqqında geniş məlumat verilib. Molyerin “Xəsis” komediyasından videoçarx nümayiş olunub. Fransızdilli tələbələrin ifasında fransız dilində Molyerin “Tartuf” əsərindən səhnə də təqdim olunub.

 

Daha sonra Bakı Fransız Liseyinin müəllimi Jan Lük Dübröy “Xəsis” komediyasının süjet xətti, personajlar, əsərdə baş verən hadisələrə dramaturqun münasibəti və s. haqqında ətraflı məlumat verib.

 

Tədbirin sonunda Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi Jervez Mate Frankofoniya həftəsi çərçivəsində təşkil olunan tədbirdən və tələbələrin fəaliyyətindən məmnun olduğunu bildirib. 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )