Varvik Universitetinin nümayəndəsi ADU-da olub - + FOTO

Varvik Universitetinin nümayəndəsi ADU-da olub + FOTO

Aprelin 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Varvik Universitetinin Böyük Britaniya və Avropa üzrə tələbə qəbulu Mərkəzinin nümayəndəsi Lana Şanqneylə görüşüb.

 

Qonağı salamlayan professor Ə.Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında danışaraq ADU-da 22 dilin tədris olunduğunu qeyd edib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan Ə.Abdullayev universitetin dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini vurğulayıb. O, ADU ilə Böyük Britaniyanın Esseks Universiteti arasında ikili diplomlarla bağlı müqavilə imzalandığını da xatırladıb və hər iki ölkənin bu diplomları tanıdığını qonağın diqqətinə çatdırıb. ADU-da xaricidilli mütəxəssislərin hazırlandığını söyləyən professor Ə.Abdullayev müxtəlif mübadilə proqramları vasitəsilə universitetdə xarici tələbələrin də təhsil aldığını bildirib.

 

Səmimi qəbula görə təşəkkür edən L.Şanqney ADU-da olmaqdan məmnun olduğunu deyib. O, Azərbaycana və ADU-ya ilk dəfə gəldiyini söyləyib. L.Şanqney təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışaraq Varvik Universitetində 25000 tələbənin təhsil aldığını qeyd edib. Universitetin tədris binaları, zəngin kitabxanası haqqında söz açan L.Şanqney tələbələrin təhsil alması üçün müxtəlif imkanların yaradıldığını vurğulayıb. O, iki universitet arasında müəllim-tələbə mübadiləsinin vacibliyindən də danışıb.

 

Görüşdə birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi haqqında müzakirələr aparılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !