Binəqədi rayonunda Aprel Fatehləri adlı tədbir keçirildi - + FOTO ( AZpress.AZ - İlkin Həmidov )

Binəqədi rayonunda “Aprel Fatehləri” adlı tədbir keçirildi + FOTO ( AZpress.AZ - İlkin Həmidov )

Aprelin 6-da rayonun 283 nömrəli orta məktəbində təşkil olunan tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, aprel şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının valideynləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin direktoru Tünzalə Zeynalova və həmin məktəbin müəllim- şagird kollektivi iştirak etmişdir.


Məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii kompozisiya qonaqlar tərəfindən maraqla qarşılandı.
Tədbirdə çıxış edən natiqlər vurğuladılar ki, Vətənin müdafiəsi hər şeydən vacibdir. Əzizlərimizin şəhidlik zirvəsinə ucalması ilə qurur duymalıyıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacaq. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !