ADU-da Çin dili tədrisi üzrə master-klass təşkil edilib - + FOTO

ADU-da Çin dili tədrisi üzrə master-klass təşkil edilib + FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Bədii film çinşünas tələbələrin linqvo kulturologiya hazırlığında vasitə kimi” mövzusunda Çin dili tədrisi üzrə master-klass keçirilib.


Seminarın açılışında Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tələbələrdə dil mədəniyyətinin təkmilləşdirilməsi üçün Çin dili dərslərində videomateriallardan istifadənin üstünlüklərindən danışıb, xüsusilə Çin bədii filmlərinin dilçilik-pedaqoji potensialının üzərində dayanıb.

O, qeyd edib ki, Çin dili dərslərində bədii filmlərdən istifadə olunması tələbələrin milli-mədəni dəyərlərə qovuşmasına, Çin sözlərinin eşidilərək qavranılmasının və lüğət ehtiyatının artırılmasının yaxşılaşmasına imkan yaradır.


Film nümayişindən sonar Konfutsi İnstitutunun müəllimləri tələbələrə filmin məzmununun mənası və bədii obrazların analizi ilə bağlı xüsusi tapşırıqlar veriblər.
 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!