Şimali Osetiya teatrının Bakı qastrolu yekunlaşdı... - + FOTO

Şimali Osetiya teatrının Bakı qastrolu yekunlaşdı... + FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan qastrol aprel ayının 7-dən – 9-dək davam edib. Üç gün ərzində Şimali Osetiya teatrı daimi tamaşaçılarımıza “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirib.


Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.


Qastrol tamaşasında rolları Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev ifa ediblər.


Qastrol səfərinin bağlanış mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirərək bu yaradıcılıq əlaqələrinin təxminən on gün sonra Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Dəcəl keçi” tamaşası ilə davam edəcəyini və iki teatr arasında bundan sonra da əməkdaşlığın qastrol tamaşaları ilə möhkəmlənəcəyini vurğulayıblar. M.Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib. Daha sonra qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir hədiyyə təqdim edilib.


Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Amzor Barakov çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün tamaşaçılara isti münasibətə görə öz minnətdarlığını bildirib.


Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə RF-yə səfər edərək adıçəkilən teatrın qonağı olacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !