Masallıda gənclər arasında Xəmsə Milli İntellektul Oyunu üzrə rayon seçim turu keçirilib - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

Masallıda gənclər arasında “Xəmsə” Milli İntellektul Oyunu üzrə rayon seçim turu keçirilib + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

11 aprel 2017 -ci il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 17-29 yaşlı gənclər arasında “Xəmsə” Milli İntellektul Oyunu üzrə Masallı rayon seçim turu keçirilib


Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat verib. “Xəmsə” Milli İntellektul oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilib.


Gərgin və maraqlı mübarizə şəraitində keçirilən İntellektual oyununda gənclərdən ibarət 8 komanda mübarizə aparıb.


Yarışın yekununda “VİLƏŞ” komandası I yerə, “SEALAND” komandası II yerə, “LİDER” komandası III yerlərə layiq görülüblər.


Rayon seçim turunda qalib gəlmiş bütün komandalar Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif oluublar.

 


ƏLİHÜSEYN ŞÜKÜROV. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !