Bakı Şəhər Halqasının paytaxt sakinlərinə müraciəti -

Bakı Şəhər Halqasının paytaxt sakinlərinə müraciəti

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərindəpaytaxtda baş tutacaqAzərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

 

Aprelin 10-u axşam saatlarından etibarən Əziz Əliyev küçəsinin Qoşa Qala qapılarının qarşısındakı hissəsində yolun kənarına baryerlərin quraşdırılmasına başlanacaq. Bunun ardınca iş prosesi İstiqlaliyyət küçəsi boyunca davam etdiriləcək. Niyazi küçəsinə qədər görüləcəkbaryer quraşdırma işlərinin aprelin 17-dək başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, trekin paytaxtın mərkəzi küçələrindən keçən hissələrində görülən işlər bir qayda olaraq nəqliyyatın hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) həyata keçirilir.

 

Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərinisaxlamamaları xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələrievakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

 

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !