Qüsurlu uşaqlara müjdə - mütəxəssislər Şəmkirə gedir - + FOTO

Qüsurlu uşaqlara müjdə - mütəxəssislər Şəmkirə gedir + FOTO

Şəmkir Heydər Əliyev Mərkəzində Səlis Danışıq” Loqopedik və Psixoloji Mərkəzinin bölgə filialının açılması məqsədi ilə tədbir keçirib.


Tədbirdə Şəmkir rayon İçra Hakimiyyətinin nümayəndələri, «Səlis Danışıq” Loqopedik və Psixoloji Mərkəzinin rəhbəri Xavər Abdullayeva, mərkəzin bölgələr üzrə icraçı direktoru Günay Hüseynova, psixoloqlar, rayonun həkim və müəllim heyəti, eyni zamanda fiziki qüsurlu uşaqlar və valideynləri iştirak ediblər.


X.Abdullayeva mərkəzin Şəmkir filialının yaxın bir ay ərzində açılacağından xəbər verib:


“Mərkəzimizin bölgə filiallarını açmaqda məqsədimiz həm valideynlər, həm də fiziki qüsuru olan uşaqların işini asanlaşdırmaqdır. Çünki müəyyən səbəblərdən valideyn övladını Bakıya gətirib, müalicə müddətində uzun zaman evindən uzaqda başa vura bilmir. Bu isə uşağın zamanında sağlamlığına qovuşmasına maneə yaradır. Ölkəmizə sağlam övladlar bəxş etmək məqsədi ilə filialların sayını artırmağı zəruri bilirik”.


Mərkəzin psixoloqu Zərifə Kərimli çıxışı zamanı bildirib ki, “Səlis Danışıq”ın filiallarına cəlb etmək məqsədi ilə mütəxəssislər yetişdirirlər. Bunlar həm xaricdə dərs keçir, eyni zamanda mərkəzin peşəkar müəllim heyəti tərəfindən hazırlanır.


Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz İbrahimov mərkəzin heyətinin ideyasını dəstəkləyib və uşaqların sağlamlığı üçün əllərindən gələni edəcəklərini bildirib.


Söhbəti davam etdirən mərkəzin bölgələr üzrə icraçı direktoru G.Hüseynova bunları qeyd edib:


“Xatırlayırsınızsa, aprel döyüşlərində çoxlu sayda böyüklər və azyaşlılar güllə səslərindən böyük travmalar yaşadılar. Bizim mərkəz təmənnasız həmin vətəndaşları müayinə edib, bir ildə onları sağlamlığına qovuşdurdu. Əvvəlki illərdə bizə müraciət edən valideynlərdə güvənsizlik var idi. Bizim maarifləndirmə və təlimlərimizdən sonra artıq onlar övladlarının sağlamlığını bizə etibar edir. Bu, o deməkdir ki, uşaqlar lazımi yaş dövrünə qədər reablitasiya keçir və sağalır”.


Daha sonra mərkəzin rəhbəri X.Abdullayeva və psixoloqlar tədbirdə iştirak edən qüsurlu uşaqları müayinə edib və tövsyələrini veriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !