YAP Masallı Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq tədbirlərə başlanıb - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

YAP Masallı Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq tədbirlərə başlanıb + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

YAP Masallı Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə tədbirlərə başlanıb.

 

Xəbər verdiyimiz kimi YAP Masallı Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə tədbirlərə başlanıb.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə YAP Qızlağac ərazi ilk partiya təşkilatında "Dünya tarixinin Azərbaycanlı dahisi" mövzusunda tədbir keçirilib. Təödbirdə çıxış edənlər qeyd ediblər ki, ulu öndər Heydər Əliyev müasir demokratik Azərbaycan dövlətini yaratdı, Prezident İlham Əliyev onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri misilsizdir. Çünki Heydər Əliyev Azərbaycanın müasir tarixində dönüş yaradaraq ölkəni tənəzzüldən tərəqqiyə çatdıran dahidir. Ulu Öndər milli dövlətçilik tarixinə bənzəri olmayan idarəçilik modeli gətirmişdir.


Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan ümumxalq məhəbbəti qazanmış Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın nüfuzlu, sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycan artıq beynəlxalq aləmdə söz, nüfuz sahibidir. Hazırda dünyanın əksər ölkələrini inkişafın Azərbaycan modeli çox maraqlandırır. Onlar bu modeli diqqətlə öyrənmək və tətbiq etmək istəyirlər.


Yığıncaqda çıxış edənlər ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, hakimiyyətdə olduğu illərdə doğma vətənimiz və xalqımız üçün gördüyü misilsiz işlərdən danışmışlar. Vurğulanmışdır ki, zaman bizi Heydər Əliyev epoxasından uzaqlaşdırdıqca dahi rəhbərin böyüklüyü, liderlik xarizmasının əzəməti, onun dövlət quruculuğu fəlsəfəsinin mahiyyəti daha dərindən dərk edilir.


Qeyd olunmuşdur ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini yaratmış, onun strateji inkişaf trendlərini müəyyənləşdirmişdir.

 


ƏLİHÜSEYN ŞÜKÜROV.


Masallı.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !