Masallıda Breyn Rinq İntellektual Oyunu üzrə rayon birinciliyi - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

Masallıda “Breyn Rinq” İntellektual Oyunu üzrə rayon birinciliyi + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

18 aprel 2017-ci il tarixdə Masallı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "ASAN Həyat" İntellektual İnkişaf Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Breyn rinq” intellektual oyunu üzrə Rayon birinciliyi keçirilmişdir.


Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək yarışın iştirakçılarına uğurlar arzuladı və bildirdi ki, bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəviyyatında və vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir: Elə bunun bariz nümunəsidir ki, bugünkü tədbirdə də gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş intellektual bilik yarışında 100 nəfərə yaxın gənc öz bilik və bacarıqlarını , intellektual səviyyələrini sınamışlar.
Yarışın yekununda F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin “Uğur” komandası I yerə, C.Qasamov adına Banbaşı kənd tam orta məktəbinin “Banbaşı” komandası II yerə, S.Vurğun adına Türkoba kənd tam orta məktəbin “Qartal” komandası III yerə layiq görülmüşlər.


Rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomla təltif olunmuşlar..

 


ƏLİHÜSEYN ŞÜKÜROV
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !