Kənd təsərrüfatı Masallıda inkişafa doğru... - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib + FOTO \ Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub + FOTO
AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Kənd təsərrüfatı Masallıda inkişafa doğru... + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
Tarix: 19-4-2017 // saat: 22:04   AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Əlihüseyn Şükürov
Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında geniş şura iclası keçirilmişdir... 
Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında geniş şura iclası keçirilmişdir. İclasda 2017-ci ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Yığıncağı açan RİH başçısı cənab Rafil Hüseynov demişdir ki, ilin üç ayı respublikamız üçün uğurlu olmuşdur. Bu müddətdə ölkəmizin dayanıqlı inkişafı davam etmiş, sənayedə, kənd təsərrüfatında, insanların rifah halının yüksəlməsində, yeni iş yerlərinin yaradılmasında irəliyə doğru addımlar atılmışdır.
Cənab Prezident ölkədə sənaye istehsalı və kənd təsərrüfatının inkişafı ilə bağlı ətraflı danışmış, tövsiyə və göstərişlər vermişdir.

Məruzədə göstərilmişdir ki, bu müddətdə rayonumuzda da sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş, yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürəti üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Natiq diqqəti ümumi uzunluğu 1,45 kilometr olan Digah küçəsinin yenidənqurulmasına, Heydər Əliyev prospektində 1000 metrə yaxın suötürücü kanalın çəkilişinə başlanmasına, Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması, rayon məhkəməsi binasının tikilməsi, 100 yerlik uşaq bağçasının istifadəyə verilməsi, Masallı “Cümə məscidi”ndə təmir işlərinə başlanması, ölkə rəhbərinin rayonumuza ayırdığı vəsait hesabına 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işlərinin başa çatdırılmasına, rayonun 2034-cü ilə qədər dövrü əhatə edən baş planın hazırlanması ilə bağlı işlərə və digər məsələlərə yönəlmişdir.

Natiq qeyd etmişdir ki, 2017-ci ilin birinci rübündə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 4,8 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 290 manat olmuşdur.

Rayonda iri buynuzlu mal-qaranın sayı 72330 başa, xırda buynuzlu mal-qaranın sayı 87051 başa çatmışdır. Birinci rübdə süd istehsalı 12216 tona, ət istehsalı 1540,8 tona, yumurta istehsalı 19480 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

Hazırda yazlıq əkinlərin aparılması üçün şum və əkin işləri davam etdirilir. Belə ki, 13 mart 2017-ci il tarixinə 345 hektar paxlalı bitkilər, 795 hektar kartof, 709 hektar tərəvəz, 326 hektar bostan bitkiləri, 117 hektar çiyələk, 104 hektar yonca, 7,8 hektar meyvə bağı, 3,2 hektar findıq, 30,5 hektar sair bitkilər əkilmişdir. Həmçinin cari ildə 70 hektara yaxın çəltik, 32,5 hektara yaxın tütün əkilməsi nəzərdə tutulmuşdur.

Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlərə başlanılmışdır. Rayonun doqquz ərazisində 4100 ədəd tut ağacından ibarət 23,1 hektar bağ mövcuddur. Baramaçılıqla məşğul olmaq istəyənlər üçün 20 qutu barama qurdu gətiriləcək.

Məruzəçi göstərmişdir ki, əvvəllər rayonun tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmış təsərrüfatlarında 6 min hektara yaxın sahədə tərəvəz, 3340 hektarda çay plantasiyaları və 3 min hektarda üzüm bağları salınmışdı. Buradan ildə 150 min ton tərəvəz, 10 min ton çay yarpağı və 26 min ton üzüm toplanırdı. Bu gün rayonda tərəvəz sahələri həcmi 2500 hektar, üzüm bagı isə 20 hektar təşkil edir. 100 hektarda çay plantasiyası salınmasına başlanmışdır.

Rayonda çayçılıq, üzümçülük və tərəvəzçilik sahələrində müəyyən işlər görülmüşdür. Keçmişdə mövcud olan 5 hektar çay sahəsi bərpa edilmiş və Kolatan kəndi ərazisində “Azərsun Holding” şirkəti tərəfindən 100 hektar sahə hazırlanmış və 50 hektara sahədə çay əkilmişdir.

Qızılağac kəndində “Azərsun Holding” tərəfindən 150 hektar müasir texnologiyalarla tərəvəz yetişdirilməsi üçün torpaq sahəsi ayrılmış, 100 hektarda əkin işləri aparılmışdır.

Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 80 milyon kubmetr olacaq.

Mütəxəssislərin hesablamalarına görə Viləşçay su anbarının ikinci növbəsinin, eləcə də 20100 hektar əkin sahəsinin su təminatı üçün suvarma şəbəkəsi, 7800 hektar sahədə isə kollektor-drenaj şəbəkəsinin tikintisinin həyata keçirilməsi üçün təxminən 250 milyon manat vəsait tələb olunur. Təklif ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirilmiş və bu istiqamətdə hazırlıq işləri görülür.

Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin birinci rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.

Rayonda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin üç ayında 4200 turist qəbul etmişdir ki, onun 510 nəfəri xarici vətəndaş olmuşdur.

Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.

Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 sentyabr 2016-cı il tarixdə Masallıya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı rayon ərazisində Turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılmış və təklif cənab Prezident tərəfindən bəyənilmişdir. Bu məqsədlə müvafiq məsləhətləşmələr aparılmış və tikinti layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.

Masallı şəhərində abadlıq işlərinin davam etdirilməsi və su-kanalizasiya sisteminin qurulmasının başa çatdırılması nəzərdə tutulur.

Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması, tütünçülüyün və baramaçılığın inkişafı həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzində olacaqdır.

Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin etmişdir ki, respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə ediləcəkdir.

Məruzə ətrafında müzakirələrdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Seymur Nuriyev, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev, RİHB-nın Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov və başqaları çıxış etmişlər.

İclası yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R. Hüseynov nitqində kənd təsərrüfatı işlərinin geniş vüsətini diqqətə çatdırmış, bəzi ərazilərdə torpaqların əkilməməsi, əkin sahələrinin suvarılması istiqamətində aparılan tədbirlərə, rayonda yaradılacaq yeni təsərrüfat sahələri, habelə təhsil, səhiyyə, uşaq müəssisələrinin, sosial obyektlərin tikilməsi məsələlərinə toxunmuş, tikinti-abadlıq işlərinin davam etdiriləcəyini söyləmişdir.

Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.
 

ƏLİHÜSEYN ŞÜKÜROV.
Masallı. 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - Əlihüseyn Şükürov
Kənd təsərrüfatı Masallıda inkişafa doğru... + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
Tarix: 19-4-2017 // saat: 22:04
Masallıda “Breyn Rinq” İntellektual Oyunu üzrə rayon birinciliyi + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
Tarix: 18-4-2017 // saat: 22:57
YAP Masallı Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq tədbirlərə başlanıb + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
Tarix: 17-4-2017 // saat: 20:49
Masallıda gənclər arasında “Xəmsə” Milli İntellektul Oyunu üzrə rayon seçim turu keçirilib + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
Tarix: 11-4-2017 // saat: 18:17
Masallıda cüdo üzrə rayon birinciliyi + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )
Tarix: 10-4-2017 // saat: 19:24
ARXİVƏ BAX »»
XƏBƏR - AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Milli Şuranın sədr müavini Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib
Tarix: 26-4-2017 // saat: 22:05
Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib
Tarix: 26-4-2017 // saat: 21:54
Ümuminstitut seminarında “Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edilib + FOTO
Tarix: 26-4-2017 // saat: 21:42
İspaniyalı professor ADU-da seminar keçirib + FOTO
Tarix: 26-4-2017 // saat: 21:26
Akademik Milli Dram Teatrının may ayına olan repertuarı açıqlanıb
Tarix: 26-4-2017 // saat: 21:14
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
26.4.2017  22:41
İtlərin toyunda çalıb-oxuyan və Aşıqlar Birliyindən qovulan aşıqlar danışdı VİDEO
26.4.2017  22:33
Kameraya düşmüş dəhşətli qəzalar VİDEO
26.4.2017  22:25
Oyun zamanı gərgədan meydançaya girdi VİDEO
26.4.2017  22:19
Xilasedici qızı təpiklə qurtardı VİDEO
26.4.2017  22:05
Milli Şuranın sədr müavini Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib
26.4.2017  21:54
Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib
26.4.2017  21:42
Ümuminstitut seminarında “Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edilib + FOTO
26.4.2017  21:26
İspaniyalı professor ADU-da seminar keçirib + FOTO
26.4.2017  21:14
Akademik Milli Dram Teatrının may ayına olan repertuarı açıqlanıb
26.4.2017  21:04
ADNAN MENDERES UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-DA
26.4.2017  20:48
Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir + FOTO
26.4.2017  20:33
Xarici tələbələrin konserti + FOTO
26.4.2017  20:23
ADU-nun komandası yenə birinci oldu + FOTO
26.4.2017  20:07
Xalq artisti Aygün Kazımovanın konsert proqramı keçirilib + FOTO
26.4.2017  19:44
26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə konfrans keçirilib + FOTO
26.4.2017  19:35
27 apreldə gözlənilən hava şəraiti
26.4.2017  19:26
Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhi:
26.4.2017  19:14
UNEC-in I kurs tələbələrinin diqqətinə: SABAH-a qəbul başladı + FOTO
26.4.2017  18:51
BSU-nun professor-müəllim heyəti Ulu öndərin həyatını əks etdirən muzeyi ziyarət edib + FOTO
26.4.2017  18:42
Azərbaycan diaspor fəalı Rasim Səmədov Rusiyanın hökumət medalı ilə təltif edilib + FOTO
26.4.2017  18:28
Lənkəranda “İslam həməyliyi ili”nə həsr olunmuş tədbir keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )
26.4.2017  18:10
Milli hərbi texnikamızın ixracı həm iqtisadi baxımdan faydalıdır, həm də qürurverici faktdır
26.4.2017  18:05
Astarada “Sərhəd” hərbi idman oyununun rayon turu keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )
26.4.2017  17:32
AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubleyi qeyd edilib
26.4.2017  17:21
Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi + FOTO
26.4.2017  17:11
Mətbuatı günahlandırmaq yanlışdır - Baş redaktorlardan ETİRAZ
26.4.2017  16:40
Elçin Mirzəbəyli : Tanınmış yazarlar ... qonorarlarla dolanırlar...
26.4.2017  16:09
Çin həkiminin İnsult zamanı nə etmək lazım olduğu barədə məsləhətləri
26.4.2017  15:33
Firuz Mustafa - YUXU GÖRÜR
26.4.2017  14:47
12 yaşlı Bərdəli qızın təcavüzündə iştirak etməyən əmisi oğlu niyə həbs olundu ? + VİDEO ( Lider TV - Çıxış Yolu )
26.4.2017  14:42
"Azərbaycan Ordusu" qəzeti - 26.04.2017-ci il №31 (2148)
26.4.2017  14:31
Kimyaçılar “Səmti müəyyənetmə” yarışından əlidolu qayıtmışlar
26.4.2017  14:20
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub + FOTO
26.4.2017  13:49
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir
26.4.2017  13:40
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Xorvatiyada səfərdədir
26.4.2017  13:02
Azər HƏSRƏT: Biz bezdik sadəcə!
26.4.2017  13:02
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
26.4.2017  12:51
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
26.4.2017  12:51
Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub + FOTO
26.4.2017  12:31
“AtaTravel” MMC müalicəvi istirahət təklif edir
Arxivə keçid >>>
> APREL 2017
Mo Di Mi Do Fr Sa So
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Ağaddin Babayev ( Lənkəran )
»» Lider TV - Çıxış Yolu
»» Azər Həsrət
»» LEYLA ƏLİYEVA
»» Əbülfət MƏDƏTOĞLU
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» S.RASiM
»» Aida Eyvazova
»» Məzahir Süleymanzadə
»» İlkin Həmidov
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» Gənclər üçün Təhsil Mərkəzi
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
LİDER
XƏZƏR
İCTİMAİ
ANS
SPACE
AzTV
İDMAN
MƏDƏNİYYƏT
Türk TV-ləri
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15216
MƏTBUAT
http://sehm.az