XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib + FOTO
AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
İslam Həmrəylik Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələri möhkəmləndirməsi mövzusunda konfrans keçirilir + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
Tarix: 20-4-2017 // saat: 11:51   AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Nəriman İsmayılov
Azərbaycan Mətbuat Şurası tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ... 
Azərbaycan Mətbuat Şurası tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələri möhkəmləndirməsi mövzusunda konfrans keçirilir.
 
 
***
 
 
Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri daha da möhkəmləndirəcək
 
 
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda aprelin 20-də Bakıda Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu təşəbbüslə Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Bu, həmçinin Azərbaycan Prezidentinin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir. Əflatun Amaşov bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Ölkəmizin ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Bu gün Səudiyyə Ərəbistanı, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr saxlayır ki, bu da İslamın ruhuna ziddir. Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək yolverilməzdir.
Qeyd edilib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malik, İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi böyük önəm kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda əsrlərdir multikultural həyat tərzi hökm sürür. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinə diqqət və qayğı artıb. Ötən müddətdə xeyli məscid tikilib, bərpa olunub. Bu gün Azərbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malikdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bu yolda bir sınaq idi. Azərbaycan bu sınaqdan uğurla çıxdı. Gələn ay “Bakı-2017” İslam Həmrəyliyi Oyunları başlayacaq. Azərbaycan bu Oyunları da yüksək səviyyədə keçirməyə tam hazırdır. Bu mötəbər idman tədbiri də ölkəmizin beynəlxalq miqyasda tanıdılması və təbliğində mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib ki, IV İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçmiş iştirakçıları və media nümayəndələri Azərbaycana vizasız daxil ola biləcəklər. Yarışları işıqlandırmaq üçün minə yaxın yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etdirilir.
Bu il Azərbaycanın bir sıra müsəlman ölkələri ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən H.Hacıyev əlavə edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq mühüm addımlar atıb, bir sıra beynəlxalq təşkilatlara qoşulub. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən müsəlman ölkələri birmənalı şəkildə bizə dəstək verdilər. Bu da əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu məqsədlə bütün mədəniyyət ocaqlarında milli dəyərlərimizi, xüsusən də İslam mədəniyyətini təbliğ edən mərkəzlərdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin ölkəmizin turizm gəlirlərinin artması baxımından da böyük əhəmiyyətə malik olduğunu deyən V.Şixəmmədov nazirlik tərəfindən bütün istirahət mərkəzlərinə xidmətin keyfiyyəti və qonaqların təhlükəsizliyi ilə bağlı tapşırıqların verildiyini əlavə edib.
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bütün İslam dünyasını həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətimizin başçısının bu qərarı zamanında verdiyini söyləyib. O, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulduğunu, Azərbaycan Prezidentinin bu təşəbbüsünün dostluq və qardaşlıq ideallarına xidmət etdiyini diqqətə çatdırıb.
Dördüncü İslam Həmrəyliyi Oyunlarının ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən B.Sadıqov bu mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycanın bütün imkanlarının olduğunu qeyd edib. O, Oyunların təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın birbaşa diqqətində olduğunu deyib, “Bakı-2015” ilk Avropa Oyunları kimi bu idman bayramının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - Nəriman İsmayılov
"IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi + FOTO (AZpress.AZ – Nəriman İsmayılov)
Tarix: 12-7-2017 // saat: 00:44
“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirildi + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
Tarix: 11-7-2017 // saat: 10:44
“На вершине науки – Гюльназ Абдуллазаде” adlı kitabın təqdimat mərasimi keçirilmişdir + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
Tarix: 4-7-2017 // saat: 19:42
Azərbaycanda Türk Şurası Dövlətlərinin ilk peşəkarlararası kikboksinq turniri keçirildi + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
Tarix: 3-7-2017 // saat: 00:55
2 İyul polis işçilərinin peşə bayramı + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)
Tarix: 2-7-2017 // saat: 01:42
ARXİVƏ BAX »»
XƏBƏR - AZpress.AZ ÖZƏL - EKSKLÜZİV
Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyası: Allah haqqında və ya "Yüksək Zəka" anlayışı
Tarix: 17-7-2017 // saat: 17:36
Şamaxı Cümə məscidi - on üç əsrin ibadət yeri
Tarix: 15-7-2017 // saat: 00:38
Dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modeli
Tarix: 9-7-2017 // saat: 01:13
Prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb
Tarix: 1-7-2017 // saat: 23:46
Ramazan Bayramı münasibəti ilə istirahət və əyləncə parklarında konsert proqramı ilə çıxış edilir + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
Tarix: 27-6-2017 // saat: 13:15
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
24.7.2017  13:07
Həsən BAYRAMOV: Müstəqil dövlətçiliyin ideya təməli
24.7.2017  13:00
Maya Quliyeva : O köy bizim köyümüzdü
24.7.2017  12:50
Məzahir Süleymanzadə: "Mən necə sevinməyim ki..."
24.7.2017  11:41
Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 24 il ötür + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )
24.7.2017  11:26
Universitet seçimində tərəddüd edənlər üçün
24.7.2017  11:14
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib + FOTO + VİDEO
24.7.2017  10:39
Açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil etmişdir + FOTO
23.7.2017  23:55
Tullantı təkərləri sənət əsərinə çevirir VİDEO
23.7.2017  22:06
Pitona udduğu ovu qusdurtdular VİDEO
23.7.2017  21:58
Özünü qıza körpü edən gəncin gülüş dolu anları VİDEO
23.7.2017  21:52
Avtomobillə toqquşan motosiklet alova qərq oldu VİDEO
23.7.2017  12:00
Misir səfirliyi Şanlı İyul inqilabının 65-ci il dönümünü Avropa otelində qeyd etdi ! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )
23.7.2017  10:44
İxtiyar HÜSEYNLİ : Jurnalistlərin dostu və qayğıkeşi
22.7.2017  23:32
Fotoqraf qayğısız uşaqlıq dövrünü fotolarda əks etdirir + FOTO
22.7.2017  22:38
Dünyada ilk dəfə 6 əkiz qız uşağı dünyaya gətirən və böyüdən Uoltonov İngilis ailəsi + FOTO
22.7.2017  22:37
Geniral Novruzəli Orucovun oğlu Putinlə şəkil çəkdirir ?...
22.7.2017  19:36
İdxal edilən heyvandarlıq məhsullarına nəzarət olunur
22.7.2017  19:09
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı
22.7.2017  18:45
Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi + VİDEO
22.7.2017  18:36
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq
22.7.2017  18:10
Sumqayıt Dövlət Dram Teatrında “Ocaq” əsərinə daxili baxış keçirildi + FOTO
22.7.2017  17:33
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı
22.7.2017  17:07
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib + FOTO
22.7.2017  16:46
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı
22.7.2017  16:36
Aida Eyvazlı : UCA XAQANIMA MİNNƏTDARLIQLA
22.7.2017  16:14
23 iyulda gözlənilən hava şəraiti
22.7.2017  15:51
"Kitab təbliğində kütləvi informasiya vasitələrinin rolu" adı altında dəyirmi masa keçirilmişdir + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
22.7.2017  15:34
"Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonu davam edir + FOTO
22.7.2017  15:16
İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib + FOTO
22.7.2017  15:03
“Gəlin mütaliə edək” devizi altında kitab sərgisi təşkil edilib + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
22.7.2017  14:49
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir + FOTO
22.7.2017  13:39
Rusiya Mədəniyyət Mərkəzində Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik ediblər + FOTO
22.7.2017  13:35
ADU-nun Avropadakı Konfutsi institutları ilə əlaqələri genişlənir
22.7.2017  12:31
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub + FOTO
22.7.2017  12:25
ADU-nun rektoru Kamal Abdulla KİV təmsilçiləri ilə görüşüb + FOTO
22.7.2017  11:29
AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib + FOTO
22.7.2017  11:08
Mirsamir Məmmədov: "Dövlətimiz hər zaman mətbuata böyük qayğı göstərir!
21.7.2017  22:11
Dondurma belə hazırlanır VİDEO
21.7.2017  22:05
Timsah öldürdüyü adamın meyidini geri qaytardı VİDEO-Əsəbi və ürəyi zəiflərin baxmağı məsləhət deyil
21.7.2017  21:48
Qarışqalar quşu ilanın ağzından belə qurtardı VİDEO
Arxivə keçid >>>
> iyul 2017
Mo Di Mi Do Fr Sa So
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Maya Quliyeva
»» Məzahir Süleymanzadə
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Nail Əhmədov
»» Rüstəm İsmayılov
»» Minə Türksoy
»» Aida Eyvazova
»» Ramin Qurbanov
»» Ağalar İDRİSOĞLU
»» Xaqani Əzizov (SUMQAYIT)
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» PREZiDENT İLHAM ƏLİYEV
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» Azərbaycan Məbuat Şurası
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
LİDER
SPACE
AzTV
MƏDƏNİYYƏT
Türk TV-ləri
XƏZƏR
İDMAN
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15453
MƏTBUAT
http://sehm.az