XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib + FOTO
-SOSİAL HƏYAT +
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Azər HƏSRƏT: Xarabalıq bayquşları yenə də iş başında
Tarix: 20-4-2017 // saat: 16:37   -SOSİAL HƏYAT +
 Azər Həsrət
Azər Həsrət, azer@azerhasret.com... 
Deyirəm, maraqlı insanlarımız var. Ölkədə nə baş versə mütləq mız qoyacaq, bir qüsur tapmaq üçün dəridən-qabıqdan çıxacaqlar. İstər siyasi olsun, istər iqtisadi, istər humanitar və hətta alışveriş yönündə keçirilən tədbirlərdə bu adamlar yalnız pislik axtararlar. Sonra da xırda bir şey tapan kimi bütün Azərbaycan xalqını gözdən salmaq üçün yazar, yayar və hətta beynəlxalq tribunalardan bar-bar bağırarlar ki, baxın, bu ölkə nə gündədir. Deyəndə ki, ay qardaş, ay bacı, axı sənin gördüyün o xırda qüsurun yanında ondan yüzlərcə dəfə böyük uğur var, niyə onu da qeyd etmirsən? Cavabları bu olar ki, ölkədə hər şey və hər yer bərbaddır.
 
Belə adamlar haqqında bir dəfə də yazmışdım. 2015-ci ilin yayında Bakıda keçirilən ilk Avropa Oyunları günlərində də bu adamlar o qədər möhtəşəmliyin içində şəhərin hansısa küncündə zibillik axtarıb tapır, şəklini-videosunu çəkib dünyaya göstərirdilər ki, bəs, aldanmayın, Bakı zibil içindədir. O adamları həmin günlərdə “xarabalıq axtaran bayquşlar” adlandırmışdım.
 
Bu gün də iş başındadır həmin o xarabalıq bayquşları. Şəhərimizdə hazırda 1-ci Bakı Alışveriş Festivalı (Baku Shopping Festival) keçirilir. İddialı bir təşəbbüsdür. Məqsəd ölkəyə çoxlu turist cəlb etmək, Azərbaycanı daha geniş tanıtmaq üçün əlavə imkanlar qazanmaqdır. Bu isə sonucda yeni iş yerləri, dövlət büdcəsinə və eyni zamanda vətəndaşın cibinə böyük məbləğdə gəlirlərin daxil olması deməkdir. Yəni təşəbbüsün son hədəfi yenə də vətəndaşımız-insanımızdır.
 
İlk olması baxımından təbii ki, hansısa təkmilləşdirmələrə ehtiyacı olacaq bu təşəbbüsün. Zatən bizə qədər belə təşəbbüsləri gerçəkləşdirənlər də ilk dönəmlərdə problemlər yaşayıblar. Amma başladıqları işin sabahına inam, eyni zamanda o ölkələrin insanlarının etimadı bu gün həmin ölkələrin milyardlarla dollar gəlir əldə etməsinə, milyonlarla əlavə iş yeri açmasına, turizm partlamasına səbəb olub. Bizim də hədəfimiz bu deyilmi? Düzəni pozulmuş dünyamızda insanların sabaha inamını təminat altına almaq üçün atılır belə addımlar.
 
Görün, nəyi qüsur elan edirlər? Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə söhbətində deyib ki, ilk günlər ərzində 350 min manat civarında ƏDV alıcılara geri qaytarılıb. Bundan sonra vergilər nazirliyinin nümayəndəsi fərqinə varmadan 300 min rəqəmini səsləndirib. Yəni bu insanlar siyasətlə deyil, konkret işlə məşğul olduqları üçün hələlik tam dəqiq olmayan təxmini rəqəmlər səsləndiriblər. Əlbəttə, Bakı Alışveriş Festivalı mayın 10-da bitəcək, onun ardınca da konkret rəqəmlərlə ifadə edilən sonuclar ictimaiyyətə təqdim ediləcək. Yəni tələsmək lazım deyil.
 
Baxıram ki, hətta bəzi ciddi adamlar belə bu 350-300 min fərqindən hərəkət edərək siyasətə birbaşa dəxli olmayan, sırf ölkə insanının rifahı üçün gerçəkləşdirilən bir təşəbbüsü belə gözdən salmaq istəyir.
 
İstər-istəməz düşünürsən ki, görəsən Dubay, İstanbul alışveriş festivalları da başlayanda o ölkələrin insanları belə gözdənsalma kampaniyaları aparıb? İnanmıram. Ən azından əlimizin altındakı mənbələr belə halların olmadığını təsdiq edir.
 
Biz istər Dubay, istərsə də İstanbulla bağlı yalnız təşviqedici, etimad yaradan münasibətlərin olduğunu görürük. Elə ona görə də uğurlar milyardlarla dollarlıq rəqəmlərlə ifadə edilir.
 
Rəsmi statistikaya görə, əgər 1996-cı ildə Dubay Alışveriş Festivalı başladığı zaman bu şəhərdə cəmi 8 min yerlik otel imkanları vardısa, 2015-ci ildə rəqəm 88 minə çatmışdı. Yəni 11 dəfə artmışdı. Bu isə o deməkdir ki, turist sayı, iş yerlərinin sayı, alışveriş mərkəzlərinin sayı da buna uyğun artmış durumdadır. Elə böyük ticarət mərkəzlərinin artım sürəti də ona yaxındır. 1996-cı ildə ilk festivalda iştirak üçün cəmi 10 mərkəz vardısa, 2015-ci ildə bu rəqəm 70-in üzərində idi.
 
Dubayın gəlirləri isə fantastik rəqəmlərlə ifadə edilir! Ötən illər ərzində təkcə bu bir aylıq alışvriş festivallarından Dubayın büdcəsinə 40 milyard dollardan artıq vəsait daxil olub. Kimin üçündür bu vəait? Təbii ki, insan-vətəndaş üçün!
 
İndi Azərbaycan da belə təşəbbüslə yola çıxıbsa, insanımız gərək onun uğur qazanmasına öz tohfəsini versin.
 
Hə, bir də onu əsas tuturlar ki, alışveriş edənlərin çoxu öz insanımızdır. Yəni turist axını müşahidə edilmir. Təbii deyilmi bu? Festival ilk dəfə keçirilir, hələ dünyada Dubay, İstanbul qədər tanınmır, təbliğatı aparılmayıb. Cəmi 2 aylıq hazırlıqdan sonra işə başlayıb və şəxsən mənə görə uğurla baş tutur.
 
Yəqin ki, önümüzdəki illər ərzində festivalla bağlı yeni təşəbbüslər də olacaq. Elə təşbbüslər ki, onlar bu festivalın populyarlaşmasına, daha çox müştərinin cəlb edilməsinə, gözlədiyimiz turist partlamasına səbəb olacaq. Zatən təcrübə də bunu göstərir.
 
…1994-cü ildən başlamış Böyük Sinqapur Endirimləri alışveriş kampaniyasında maraqlı bir təcrübə tətbiq edilmişdi. 2013-cü ildə prosesi sürətləndirmək və alıcıları təşviq etmək üçün MasterCard Singapore “Sinqapur Şahzadəsi Kampaniyası” (Princess Singapore Campaign) elan etmişdi. Bu işin yürüməsi üçün fəal bloqqerlər də cəlb edilmişdi. Sonuc fantastik olmuşdu! Təkcə MasterCard-la alışveriş edənlər 1,5 milyard dollar pul xərcləmişdi. Söhbət bir aylıq müddətdən gedir.
 
Bu gün Sinqapurun necə inkişaf etmiş bir ölkə olması haqqında geniş danışmağa, yəqin ki, gərək yoxdur. Elə Dubay əmirliyinin də.
 
Demək istədiyim odur ki, insanlarımızı yanıltmaq istəyənlər, hər şeyi gözdən salıb Azərbaycanın mənfi obrazını yaratmaqla sadəcə ayağımızdan çəkirlər.
 
Bu adamlar Bakıda təmir-bərpa işləri aparılanda da deyinirdilər. Ölkədə boyaboy yollar çəkiləndə, rayon mərkəzləri abadlaşdırılanda da onların narazılıqları baş alıb gedirdi. Amma sonra Bakının gözəllikləri fonunda şəkillər çəkdirib şövqlə paylaşan, yeni salınmış asfalt yollarda maşın qovub həzz alan da daha çox bu narazılar oldu. İndi bir alışveriş festivalı keçirilir, ondan da narazıdırlar. Neynək, bunlar da belə adamlardır. Bəyənməzlər, tənqid edərlər, sonra da yaradılan imkanlardan həvəslə hamıdan çox yararlanarlar. Olsun. Əsas budur ki, Azərbaycan belə adamların qaraqura fikirlərinə baxmayaraq inamla addımlayır, uğurlar qazanır. Bunlar deyinəcəklər, amma yel qayadan nə aparar ki?.. 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - Azər Həsrət
Azər HƏSRƏT: Şanslıyam... + FOTO
Tarix: 15-7-2017 // saat: 19:01
Azər HƏSRƏT: Dərsliklərin hörmətli Ramiz Mehdiyevə nə dəxli?
Tarix: 13-7-2017 // saat: 14:47
OpenDemocracy.net alternativ mövqeyi necə inkar edir?
Tarix: 8-7-2017 // saat: 18:40
Azər HƏSRƏT: Laçınlı şəhid atası, el ağsaqqalı…
Tarix: 22-6-2017 // saat: 17:47
Azər HƏSRƏT: Dövlət niyə jurnalistə ev verməlidir?..
Tarix: 21-6-2017 // saat: 15:53
ARXİVƏ BAX »»
XƏBƏR - -SOSİAL HƏYAT +
Maya Quliyeva : O köy bizim köyümüzdü
Tarix: 24-7-2017 // saat: 13:00
Məzahir Süleymanzadə: "Mən necə sevinməyim ki..."
Tarix: 24-7-2017 // saat: 12:50
Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 24 il ötür + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )
Tarix: 24-7-2017 // saat: 11:41
Tullantı təkərləri sənət əsərinə çevirir VİDEO
Tarix: 23-7-2017 // saat: 23:55
Pitona udduğu ovu qusdurtdular VİDEO
Tarix: 23-7-2017 // saat: 22:06
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
24.7.2017  13:00
Maya Quliyeva : O köy bizim köyümüzdü
24.7.2017  12:50
Məzahir Süleymanzadə: "Mən necə sevinməyim ki..."
24.7.2017  11:41
Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 24 il ötür + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )
24.7.2017  11:26
Universitet seçimində tərəddüd edənlər üçün
24.7.2017  11:14
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib + FOTO + VİDEO
24.7.2017  10:39
Açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil etmişdir + FOTO
23.7.2017  23:55
Tullantı təkərləri sənət əsərinə çevirir VİDEO
23.7.2017  22:06
Pitona udduğu ovu qusdurtdular VİDEO
23.7.2017  21:58
Özünü qıza körpü edən gəncin gülüş dolu anları VİDEO
23.7.2017  21:52
Avtomobillə toqquşan motosiklet alova qərq oldu VİDEO
23.7.2017  12:00
Misir səfirliyi Şanlı İyul inqilabının 65-ci il dönümünü Avropa otelində qeyd etdi ! +FOTO ( AZpressAZ - Minə Türksoy, Rüstəm İsmayılov )
23.7.2017  10:44
İxtiyar HÜSEYNLİ : Jurnalistlərin dostu və qayğıkeşi
22.7.2017  23:32
Fotoqraf qayğısız uşaqlıq dövrünü fotolarda əks etdirir + FOTO
22.7.2017  22:38
Dünyada ilk dəfə 6 əkiz qız uşağı dünyaya gətirən və böyüdən Uoltonov İngilis ailəsi + FOTO
22.7.2017  22:37
Geniral Novruzəli Orucovun oğlu Putinlə şəkil çəkdirir ?...
22.7.2017  19:36
İdxal edilən heyvandarlıq məhsullarına nəzarət olunur
22.7.2017  19:09
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı
22.7.2017  18:45
Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi + VİDEO
22.7.2017  18:36
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq
22.7.2017  18:10
Sumqayıt Dövlət Dram Teatrında “Ocaq” əsərinə daxili baxış keçirildi + FOTO
22.7.2017  17:33
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı
22.7.2017  17:07
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib + FOTO
22.7.2017  16:46
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı
22.7.2017  16:36
Aida Eyvazlı : UCA XAQANIMA MİNNƏTDARLIQLA
22.7.2017  16:14
23 iyulda gözlənilən hava şəraiti
22.7.2017  15:51
"Kitab təbliğində kütləvi informasiya vasitələrinin rolu" adı altında dəyirmi masa keçirilmişdir + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
22.7.2017  15:34
"Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonu davam edir + FOTO
22.7.2017  15:16
İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib + FOTO
22.7.2017  15:03
“Gəlin mütaliə edək” devizi altında kitab sərgisi təşkil edilib + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
22.7.2017  14:49
Polşa universitetləri ADAU ilə əməkdaşlığa maraq göstərir + FOTO
22.7.2017  13:39
Rusiya Mədəniyyət Mərkəzində Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik ediblər + FOTO
22.7.2017  13:35
ADU-nun Avropadakı Konfutsi institutları ilə əlaqələri genişlənir
22.7.2017  12:31
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub + FOTO
22.7.2017  12:25
ADU-nun rektoru Kamal Abdulla KİV təmsilçiləri ilə görüşüb + FOTO
22.7.2017  11:29
AMEA Yüksәk Texnologiyalar Parkının Ekspertlər Şurasının iclası keçirilib + FOTO
22.7.2017  11:08
Mirsamir Məmmədov: "Dövlətimiz hər zaman mətbuata böyük qayğı göstərir!
21.7.2017  22:11
Dondurma belə hazırlanır VİDEO
21.7.2017  22:05
Timsah öldürdüyü adamın meyidini geri qaytardı VİDEO-Əsəbi və ürəyi zəiflərin baxmağı məsləhət deyil
21.7.2017  21:48
Qarışqalar quşu ilanın ağzından belə qurtardı VİDEO
21.7.2017  21:41
9 yaşlı uşağın möhtəşəm ifası VİDEO
Arxivə keçid >>>
> iyul 2017
Mo Di Mi Do Fr Sa So
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Maya Quliyeva
»» Məzahir Süleymanzadə
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Nail Əhmədov
»» Rüstəm İsmayılov
»» Minə Türksoy
»» Aida Eyvazova
»» Ramin Qurbanov
»» Ağalar İDRİSOĞLU
»» Xaqani Əzizov (SUMQAYIT)
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» PREZiDENT İLHAM ƏLİYEV
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» Azərbaycan Məbuat Şurası
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
LİDER
SPACE
AzTV
MƏDƏNİYYƏT
Türk TV-ləri
XƏZƏR
İDMAN
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15453
MƏTBUAT
http://sehm.az