İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi Komissiyasının iclası keçirilib - + FOTO
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib + FOTO \ Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub + FOTO
ELM-TƏHSİL
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
“İxtiraçılıq sahəsində nailiyyətlərə görə” IV Respublika Müsabiqəsi Komissiyasının iclası keçirilib + FOTO
Tarix: 21-4-2017 // saat: 19:36   ELM-TƏHSİL
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ... 
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Patent və Əmtəə Nişanları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə” IV Respublika Müsabiqəsi Komissiyasının iclası keçirilib. İclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Rəqabətqabiliyyətli və innovativ sənayeni müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirən R.Həsənovun sözlərinə görə, sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmiylə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət yeni iqtisadi modelə keçidi sürətləndirir: “Bundan sonrakı iqtisadi inkişafın islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına həyata keçiriləcəyini deyən cənab Prezident patent hüququ obyektlərinin mühafizəsi məsələlərini daima diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, cari ilin 10 fevral tarixli Fərmanına Əsasan “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi təsis edilib”.

Komitə sədri deyib ki, Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini aparır, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparır, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir. Qeyri-neft ixracısının sürətləndirilməsinə dəstək və innovativ layihələrin sənayedə tətbiqinə nail olmaq məqsədilə Mərkəzin nəzdində Texnologiyaların transferi və kommersiyalaşdırılması şöbəsi yaradılıb.

Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunun günbəgün artdığını qeyd edən komitə sədri, əqli mülkiyyət hüquqlarının ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizm olduğunu vurğulayıb: “İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyəti onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur. Təkcə ötən il 173 patent dövlət qeydiyyatına alınıb”.

İxtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu komissiya üzvləri də yüksək qiymətləndiriblər. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, professor Rafiq Hüseynov və digərləri müsabiqəyə təqdim olunan patentlərlə tanış olduqlarını, onların sırasından sənayedə tətbiq imkanları daha aktual olanların seçiləcəyinə əminliklərini bildiriblər.

Məlumat üçün bildirək ki, müsabiqə ilə bağlı 22 fevral 2017-ci il tarixli elana uyğun olaraq, sənəd qəbulu 7 aprel 2016-cı il tarixində başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında “İlin Patenti” nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyən edilərək təqdimetmə mərasimində təltif ediləcəklər.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - ELM-TƏHSİL
26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə konfrans keçirilib + FOTO
Tarix: 26-4-2017 // saat: 19:44
Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhi:
Tarix: 26-4-2017 // saat: 19:26
BSU-nun professor-müəllim heyəti Ulu öndərin həyatını əks etdirən muzeyi ziyarət edib + FOTO
Tarix: 26-4-2017 // saat: 18:51
Milli hərbi texnikamızın ixracı həm iqtisadi baxımdan faydalıdır, həm də qürurverici faktdır
Tarix: 26-4-2017 // saat: 18:10
Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub + FOTO
Tarix: 26-4-2017 // saat: 12:51
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
26.4.2017  22:41
İtlərin toyunda çalıb-oxuyan və Aşıqlar Birliyindən qovulan aşıqlar danışdı VİDEO
26.4.2017  22:33
Kameraya düşmüş dəhşətli qəzalar VİDEO
26.4.2017  22:25
Oyun zamanı gərgədan meydançaya girdi VİDEO
26.4.2017  22:19
Xilasedici qızı təpiklə qurtardı VİDEO
26.4.2017  22:05
Milli Şuranın sədr müavini Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib
26.4.2017  21:54
Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib
26.4.2017  21:42
Ümuminstitut seminarında “Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edilib + FOTO
26.4.2017  21:26
İspaniyalı professor ADU-da seminar keçirib + FOTO
26.4.2017  21:14
Akademik Milli Dram Teatrının may ayına olan repertuarı açıqlanıb
26.4.2017  21:04
ADNAN MENDERES UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-DA
26.4.2017  20:48
Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir + FOTO
26.4.2017  20:33
Xarici tələbələrin konserti + FOTO
26.4.2017  20:23
ADU-nun komandası yenə birinci oldu + FOTO
26.4.2017  20:07
Xalq artisti Aygün Kazımovanın konsert proqramı keçirilib + FOTO
26.4.2017  19:44
26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə konfrans keçirilib + FOTO
26.4.2017  19:35
27 apreldə gözlənilən hava şəraiti
26.4.2017  19:26
Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhi:
26.4.2017  19:14
UNEC-in I kurs tələbələrinin diqqətinə: SABAH-a qəbul başladı + FOTO
26.4.2017  18:51
BSU-nun professor-müəllim heyəti Ulu öndərin həyatını əks etdirən muzeyi ziyarət edib + FOTO
26.4.2017  18:42
Azərbaycan diaspor fəalı Rasim Səmədov Rusiyanın hökumət medalı ilə təltif edilib + FOTO
26.4.2017  18:28
Lənkəranda “İslam həməyliyi ili”nə həsr olunmuş tədbir keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )
26.4.2017  18:10
Milli hərbi texnikamızın ixracı həm iqtisadi baxımdan faydalıdır, həm də qürurverici faktdır
26.4.2017  18:05
Astarada “Sərhəd” hərbi idman oyununun rayon turu keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )
26.4.2017  17:32
AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubleyi qeyd edilib
26.4.2017  17:21
Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi + FOTO
26.4.2017  17:11
Mətbuatı günahlandırmaq yanlışdır - Baş redaktorlardan ETİRAZ
26.4.2017  16:40
Elçin Mirzəbəyli : Tanınmış yazarlar ... qonorarlarla dolanırlar...
26.4.2017  16:09
Çin həkiminin İnsult zamanı nə etmək lazım olduğu barədə məsləhətləri
26.4.2017  15:33
Firuz Mustafa - YUXU GÖRÜR
26.4.2017  14:47
12 yaşlı Bərdəli qızın təcavüzündə iştirak etməyən əmisi oğlu niyə həbs olundu ? + VİDEO ( Lider TV - Çıxış Yolu )
26.4.2017  14:42
"Azərbaycan Ordusu" qəzeti - 26.04.2017-ci il №31 (2148)
26.4.2017  14:31
Kimyaçılar “Səmti müəyyənetmə” yarışından əlidolu qayıtmışlar
26.4.2017  14:20
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub + FOTO
26.4.2017  13:49
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir
26.4.2017  13:40
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Xorvatiyada səfərdədir
26.4.2017  13:02
Azər HƏSRƏT: Biz bezdik sadəcə!
26.4.2017  13:02
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
26.4.2017  12:51
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
26.4.2017  12:51
Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub + FOTO
26.4.2017  12:31
“AtaTravel” MMC müalicəvi istirahət təklif edir
Arxivə keçid >>>
> APREL 2017
Mo Di Mi Do Fr Sa So
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Ağaddin Babayev ( Lənkəran )
»» Lider TV - Çıxış Yolu
»» Azər Həsrət
»» LEYLA ƏLİYEVA
»» Əbülfət MƏDƏTOĞLU
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» S.RASiM
»» Aida Eyvazova
»» Məzahir Süleymanzadə
»» İlkin Həmidov
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» Gənclər üçün Təhsil Mərkəzi
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
LİDER
XƏZƏR
İCTİMAİ
ANS
SPACE
AzTV
İDMAN
MƏDƏNİYYƏT
Türk TV-ləri
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15216
MƏTBUAT
http://sehm.az