Bu həftəsonu Musiqili Teatrda - + FOTO

Bu həftəsonu Musiqili Teatrda + FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 21, 22, 23 aprel tarixlərində saat 12.00 və 19.00-da “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov,Gültac Əlili, Səməd Xasıyev, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Nicat Əli, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Elməddin Dadaşov, Zarina Qurbanova, Fərid Rzayev, Güldanə Əzimova, Əmrah Dadaşov, Nigar Qarayeva, Fəridə Məlikova, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.


Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 21 və 22 aprel tarixlərində saat 12.00-da Ə. Səmədlinin“Meşə çaqqalsız olmaz”, 23 aprel tarixində saat 12.00-da isə O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” nağıl-tamaşası uşaqlar üçün nümayiş olunacaq.


Teatr sevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !