ADU-da Beynəlxalq təhlükəsizlik dərsliyinin təqdimetmə mərasimi keçirilib - + FOTO
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib + FOTO \ Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub + FOTO
REDAKTORUN SEÇİMİ
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
ADU-da “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimetmə mərasimi keçirilib + FOTO
Tarix: 21-4-2017 // saat: 14:44   REDAKTORUN SEÇİMİ
ADU - Azərbaycan Dillər Universitetində
Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının... 
Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin təqdimetmə mərasimi keçirilib.

Öncə çıxış edən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, kitabın elmi redaktoru, dosent Samir Həmidov dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq hazırlanan kitabhaqqında qonaqlara məlumat verib. O, Azərbaycanda və regionda ilk dəfə olaraq beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemlərinin kompleks şəkildə, sistemli olaraq dərindən təhlil edildiyini və öyrənildiyini diqqətə çatdırıb. Beynəlxalq təhlükəsizliklə bağlı bütün məlumatların kitabda əks olunduğunu deyən S.Həmidov istifadə olunmuş anlayış və terminlərin tam olaraq izah edildiyini qeyd edib. O, milli maraqların əsas götürüldüyü dərsliyin üz qabığı ilə məzmununun bir-birini tamamladığını söyləyib.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev kitab yazmağın vacibliyini vurğulayaraq bu təqdimatın ən gözəl təqdimetmə mərasimi olduğunu bildirib. Son 10 ildə kitab nəşrinə görə İnkişaf Etməkdə Olan Ölkələrin (İEOÖ) İnkişaf Etmiş Ölkələrdən (İEÖ) ön sırada qərar tutduğunu diqqətə çatdıran professor kitab nəşrinə diqqət ayırmağın əhəmiyyətindən söz açıb. Çıxışının sonunda o, dəvəti qəbul edən hər bir kəsə minnətdarlığını ifadə edib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabın ərsəyə gəlməsininprofessor Ə.Abdullayevin birbaşa dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O, kitabın adının dəqiqliklə seçildiyini bildirib. Millət vəkili ictimai-siyasi sabitlik, təhlükəsizlik və davamlı inkişafın bir-biri ilə sıx əlaqədə olduğunu söyləyib. Professortəhlükəsizliklə bağlı məlumatları kompleks şəkildə özündə əks etdirən kitabın həm tələbələr, həm də müəlllimlər üçün səmərəli olacağına əminliyini ifadə edib.

Kitab təqdimatına dəvət olunduğunu sevindirici hal kimi qiymətləndirən Milli Məclisin deputatı Fazil Mustafa universiteti elm ocağına çevirməyin vacibliyini söyləyib, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsən Əlibəyli öz çıxışında xarici siyasəti həyata keçirmək üçün böyük işlərin görüldüyünü vurğulayıb. O, nəşr olunan kitabın təhlükəsizlik sahəsində faydalı olacağını qeyd edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı ADU-nun onun üçün doğma universitet olduğunu söyləyib, bu ali təhsil müəssisəsində daima demokratik mühitin hökm sürdüyünü diqqətə çatdırıb. O, beynəlxalq təhlükəsizliklə bağlı nəşr olunmuş kitabın digər kafedralara da örnək olacağını və onlara stimul verəcəyini sözlərinə əlavə edib.

Milli Məclisin deputatı Asim Mollazadə bilikli və peşəkar azərbaycanlılar yetişdirmək üçün milli dərsliklərin nəşr olunmasının vacibliyini diqqətə çatdırıb. Dünyaya açılmaq üçün müxtəlif dilləri öyrənməyin əhəmiyyətindən danışan A.Mollazadə Azərbaycan Dillər Universitetininbu işdə böyük rolunun olduğunu qeyd edib.

Milli Məclisin deputatı Sahib Alıyev çıxışında böyük və kiçik dövlətlər arasında təhlükəsizliklə bağlı yanaşmalarda müxtəlif fərqlərin olduğunu vurğulayıb. Bu mövzuda ana dilində yazılan kitablara ehtiyac duyulduğunu söyləyən S.Alıyevdərsliyin yazılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
ADU-nun İctimai Nəzarət Şurasının sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev yeniliklərə daima dəstək verdiyi üçün professor Ə.Abdullayevə təşəkkür edib. O, kitabın dizayn və struktur baxımından da fərqləndiyini diqqətə çatdırıb, dərsliyin tələbələrin biliklərini dərinləşdirəcəyinə inamını bildirib.

ADU-nun İctimai Nəzarət Şurasının üzvü, təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev elektron resurslardan əldə olunan məlumatdan daha çox kitablardan bilik əldə etməyin üstünlüyünü deyib, “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin seçilən kitablar sırasında olacağını vurğulayıb.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova kitabın tələbələrə biliyi yeni formatda təqdimetmə xüsusiyyətinə malik olduğunu xatırladaraqonun əhəmiyyətlilik dərəcəsindən söz açıb.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - ADU - Azərbaycan Dillər Universitetində
İspaniyalı professor ADU-da seminar keçirib + FOTO
Tarix: 26-4-2017 // saat: 21:26
ADU-nun komandası yenə birinci oldu + FOTO
Tarix: 26-4-2017 // saat: 20:23
ADU-da Əziz Əliyevin xatirəsi anılıb + FOTO
Tarix: 25-4-2017 // saat: 20:29
ADU-da Çin dili günü qeyd edilib + FOTO
Tarix: 25-4-2017 // saat: 19:41
ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirilib + FOTO
Tarix: 25-4-2017 // saat: 12:52
ARXİVƏ BAX »»
XƏBƏR - REDAKTORUN SEÇİMİ
İspaniyalı professor ADU-da seminar keçirib + FOTO
Tarix: 26-4-2017 // saat: 21:26
Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir + FOTO
Tarix: 26-4-2017 // saat: 20:48
Xarici tələbələrin konserti + FOTO
Tarix: 26-4-2017 // saat: 20:33
ADU-nun komandası yenə birinci oldu + FOTO
Tarix: 26-4-2017 // saat: 20:23
UNEC-in I kurs tələbələrinin diqqətinə: SABAH-a qəbul başladı + FOTO
Tarix: 26-4-2017 // saat: 19:14
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
26.4.2017  22:41
İtlərin toyunda çalıb-oxuyan və Aşıqlar Birliyindən qovulan aşıqlar danışdı VİDEO
26.4.2017  22:33
Kameraya düşmüş dəhşətli qəzalar VİDEO
26.4.2017  22:25
Oyun zamanı gərgədan meydançaya girdi VİDEO
26.4.2017  22:19
Xilasedici qızı təpiklə qurtardı VİDEO
26.4.2017  22:05
Milli Şuranın sədr müavini Avropa Gənclər Forumu üzvlərinin şurasında iştirak edib
26.4.2017  21:54
Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib
26.4.2017  21:42
Ümuminstitut seminarında “Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edilib + FOTO
26.4.2017  21:26
İspaniyalı professor ADU-da seminar keçirib + FOTO
26.4.2017  21:14
Akademik Milli Dram Teatrının may ayına olan repertuarı açıqlanıb
26.4.2017  21:04
ADNAN MENDERES UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-DA
26.4.2017  20:48
Botanika İnstitutu “Elm və təhsil arasında əlaqə” proqramını həyata keçirir + FOTO
26.4.2017  20:33
Xarici tələbələrin konserti + FOTO
26.4.2017  20:23
ADU-nun komandası yenə birinci oldu + FOTO
26.4.2017  20:07
Xalq artisti Aygün Kazımovanın konsert proqramı keçirilib + FOTO
26.4.2017  19:44
26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə konfrans keçirilib + FOTO
26.4.2017  19:35
27 apreldə gözlənilən hava şəraiti
26.4.2017  19:26
Çernobıl Fəlakətinin Anım Günü (International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhi:
26.4.2017  19:14
UNEC-in I kurs tələbələrinin diqqətinə: SABAH-a qəbul başladı + FOTO
26.4.2017  18:51
BSU-nun professor-müəllim heyəti Ulu öndərin həyatını əks etdirən muzeyi ziyarət edib + FOTO
26.4.2017  18:42
Azərbaycan diaspor fəalı Rasim Səmədov Rusiyanın hökumət medalı ilə təltif edilib + FOTO
26.4.2017  18:28
Lənkəranda “İslam həməyliyi ili”nə həsr olunmuş tədbir keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )
26.4.2017  18:10
Milli hərbi texnikamızın ixracı həm iqtisadi baxımdan faydalıdır, həm də qürurverici faktdır
26.4.2017  18:05
Astarada “Sərhəd” hərbi idman oyununun rayon turu keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )
26.4.2017  17:32
AMEA Naxçıvan Bölməsində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubleyi qeyd edilib
26.4.2017  17:21
Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi + FOTO
26.4.2017  17:11
Mətbuatı günahlandırmaq yanlışdır - Baş redaktorlardan ETİRAZ
26.4.2017  16:40
Elçin Mirzəbəyli : Tanınmış yazarlar ... qonorarlarla dolanırlar...
26.4.2017  16:09
Çin həkiminin İnsult zamanı nə etmək lazım olduğu barədə məsləhətləri
26.4.2017  15:33
Firuz Mustafa - YUXU GÖRÜR
26.4.2017  14:47
12 yaşlı Bərdəli qızın təcavüzündə iştirak etməyən əmisi oğlu niyə həbs olundu ? + VİDEO ( Lider TV - Çıxış Yolu )
26.4.2017  14:42
"Azərbaycan Ordusu" qəzeti - 26.04.2017-ci il №31 (2148)
26.4.2017  14:31
Kimyaçılar “Səmti müəyyənetmə” yarışından əlidolu qayıtmışlar
26.4.2017  14:20
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub + FOTO
26.4.2017  13:49
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir
26.4.2017  13:40
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Xorvatiyada səfərdədir
26.4.2017  13:02
Azər HƏSRƏT: Biz bezdik sadəcə!
26.4.2017  13:02
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
26.4.2017  12:51
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
26.4.2017  12:51
Prezident İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub + FOTO
26.4.2017  12:31
“AtaTravel” MMC müalicəvi istirahət təklif edir
Arxivə keçid >>>
> APREL 2017
Mo Di Mi Do Fr Sa So
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Ağaddin Babayev ( Lənkəran )
»» Lider TV - Çıxış Yolu
»» Azər Həsrət
»» LEYLA ƏLİYEVA
»» Əbülfət MƏDƏTOĞLU
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» S.RASiM
»» Aida Eyvazova
»» Məzahir Süleymanzadə
»» İlkin Həmidov
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» Gənclər üçün Təhsil Mərkəzi
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
LİDER
XƏZƏR
İCTİMAİ
ANS
SPACE
AzTV
İDMAN
MƏDƏNİYYƏT
Türk TV-ləri
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15216
MƏTBUAT
http://sehm.az