Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yerli jurnalistlər üçün təlim təşkil edir - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov ) YENİLƏNDİ

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yerli jurnalistlər üçün təlim təşkil edir + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov ) YENİLƏNDİ

AZpress.AZ xəbər verir ki , Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 21-də və 23-də Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün “Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirir.

 

***

 

Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri təlimatlandırıldılar.

 


AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 20 aprel 2017-ci il tarixində Avropa Şəhərciyində Formula 1 yarışlarında düzgün istiqamət almaları üçün media nümayəndələri təlimatlandırıldı. Təlimdə Formula 1 yarışlarının ümumi qaydaları, 2017 –ci FİA formula 1 dünya çempionatı təqvimi, ümumi öhdəçiliklər,vəsiqələr ,pitlər, marşallar və bir çox məsələlər haqqında media nümayəndələri ilə təlimlər keçirilmişdir. "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai çıxışa başlayaraq bunları söyləmişdir.


-Salam xoş gəlmisiz. Sizlərlə biz müntəzəm olaraq adətən görüşürük, çalışırıq xəbərlərimizi sizlərə çatdıraq. Lakin xəbərlərimizi bölüşməklə yanaşı çalışırıq formula 1 haqqında dolğun məlumat verək sizlərə.Bildiyiniz kimi keçən ildən etibarən Rəhim müəllimdə bizə kömək edir . Bildiyiniz kimi son treyninqimiz yanvar ayında keçirildi və biz treyninqə Aleksey Papovu Rusiyadan dəvət etmişdik.Təəssüf ki, yerlər məhdud olduğu üçün hər birinizin iştirak etmək imkanı olmamışdı. Bu gün biz bu silsilə təlimlər sırasında növbəti təlimi keçirəcəyik. Çalışacayıq ki, sizə məhz formula 1-in reqlamenti , yarış haqqında , marşılların fəaliyyəti haqqında məlumat verək. Çünki biz görürük ki, məlumat yayılan zaman çox vaxt bizim press relizlərimizdən istinad edirsiniz. Lakin idman tərəfini hələdə çoxumuz yaxşı bilmirik. Ona görədə bu təlimi keçirtmək qərarına gəldik . Gördüyünüz kimi biz bu gün marşal mərkəzindəyik.marşallarımız dərin təşəkkürümüzü bildiririk . Hal hazırda onların ciddi təlimləri gedir. Lakin ciddi təlimin olmasına baxmayaq bizə zaman ayıra bildilər.Bu gün həm marşallarımız həm onların fəaliyyəti haqqında sizə məlumat veriləcək.


Nigar Arpadarinin çıxışından sonra çıxış üçün söz BŞH-nın İdmanla Əlaqələr şöbəsinin baş kordinatoru Yusif öz çıxışında yarış boyu görüləcək işlər haqında media nümayəndələrinə məlumat vermişdir. Sonda media nümayəndələrinə təşəkkür bildirilmiş və yeni məlumatla xəbərdar edəcəklərini bildirmişlər.


AZpress.AZ , Minə Türksoy.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !