Ağdaban soyqırımını unutmayaq - + FOTO

Ağdaban soyqırımını unutmayaq + FOTO

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Yevlax şəhər rayon Mədəniyyət evində Ağdaban soyqrmının 25-ci ildönümünə həsr olunmuş növbəti anım tədbiri keçirildi.

 

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Ağdaban soyqırımı — 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım idi. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, onlarla dinc sakinə qeyri-insani işgəncələr verilməsi, yurdundan didərgin salınması idi.

 

1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər.

 

Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn, evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında idi.

 

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. Təkcə bunu nümunə göstərə bilərik ki, 13 yaşlı Alıyeva Ülviyyənin atası Alıyev Camala qəbir qazdırıb, atanın gözləri önündə Ülviyyəni diri-diri basdırıblar. Sonra isə atanı da qəbrin üstündə öldürüblər. Kəndin Musa adlı sakinini anasının gözləri önündə ayaqlarından daş asaraq ot tayasında diri-diri yandırmışlar. 33 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Bunlardan 13 nəfəri Dədə Şəmşirin ailə üzvləridir. Erməni separatçıları mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Ağdabanlı şair Qurbanın və oğlu klassik aşıq şeirinin ustadı Dədə Şəmşirin evini və zəngin yaradıcılığını yandırıb məhv etdilər.

 

Ağdaban faciəsini törədən erməni separatçılarına rəhbərliyi keçmiş prezident Robert Köçəryan və indiki Prezident Serj Sarkisyan olub.

 

Kəlbəcər rayon içra Hakimiyyətinin başçısı Aqil Məmmədov və rayon təhsil şöbəsinin müdri Elmıra xanım Şükürova dövlətin məcburi köçkün ailələrinə göstərdikləri diqqət və qayğıdan danışdılar. Tədbirdə Kəlbəcər rayon orta məktəblilərinin hazırladığı "Ağdaban adlı dərdim var mənim" ədəbi-bədii kompizisiya göstərildi.

 

Yekunda məktəblilərə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin diplomları təqdim edildi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !