Bakı Mühəndislik Universitetinin tələbəsi rejissorluğu ilə tamaşaçıların zövqünü fəth etdi - + FOTO

Bakı Mühəndislik Universitetinin tələbəsi rejissorluğu ilə tamaşaçıların zövqünü fəth etdi + FOTO

Bakı Mühəndislik Universitetinin Mexanika Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Rüfət Quliyev Gənc Tamaşaçılar teatrında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası ilə görkəmli yazıçı İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesi əsasında eyni adlı tamaşanın quruluşunu verib.


İxtisası ilə müqayisə olunduqda uzaq olsa da dərnəkdə fəaliyyəti ilə özünü inkişaf etdirmiş tələbəmizin rejissoru olduğu romantik komediya janrındakı tamaşa auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.


Qeyd edək ki, Rüfət Quliyev 2013-cü ildən universitetin mədəniyyət şöbəsinin müdiri sənətşünaslıq elmləri doktoru Zəminə Axundovanın bədii rəhbərlik etdiyi Dram(Teatr) özfəaliyyət dərnəyində aktyor olaraq iştirak edib. Hüseynbala Mirələmovun “Xəcalət” pyesində “Murad” obrazını, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasında “Saday bəy” obrazını, Rus Dram Teatrında nümayiş olunmuş yazıçı Anarın “Ötən ilin son gecəsi” tamaşasında “Süleyman” obrazını və bir sıra digər obrazları məharətlə ifa etmişdir.


Tamaşanın çox bəyənilməsi səbəbindən may ayında yenidən tamaşaçı qarşısına çıxacağı gözlənilir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !