Masallı rayonun Xırmandalı ərazisinin Hacıtəpə kəndində at çaparların yarışı keçirilmişdir - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

Masallı rayonun Xırmandalı ərazisinin Hacıtəpə kəndində at çaparların yarışı keçirilmişdir + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən bildirirk ki, 1 may 2017-ci il tarixində Xırmandalı ərazisinin Hacıtəpə kəndindəki cıdırda ənənəvi at yarışı keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş aşıq birincilikdə Masallı, Cəlilabad, Neftçala və Salyan rayonlarının idmançıları iştirak etmişdir.


Yarışın açılış mərasimində Hacıtəpə kənd ağsaqqalı, şəhid atası Əliheydər Məlikov ata-babalarımızdan bizə miras qalan idman növlərinin yaşadılmasından ötrü bu cür tədbirlərinin keçirilməsinə görə Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.


Təşkilat komitəsinin üzvü, müəllim Ramil Məmmədov və başqaları yeniyetmə və gənclərin atçılıq idman növünə marağının artırılması, eləcə də onlara hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında tədbirin əhəmiyyətindən danışmışdır.


Kiçik yaşlım məktəblilərin ifasında şeirlər səslənmiş, göstərici idman fəndləri nümayiş olunmuşdur.
Sonra cıdır yarışınının əsas mərhələsinə vəsiqə qazanmış 18 çapar arasında ən güclülər müəyyən olunmuşdur. 1000 metr məsafəni ən tez qət edən Masallı idmançıları Xalid İmanov birinci, Ceyhun Qurbanov ikinci, Rafil Cəfərov üçüncü yerə çıxaraq Masallı Rayon Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə mükafatlanmışlar.


Tədbirdə Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Nazim Muradov, baş məsləhətçisi Qəşəm Hadıyev, ərazi nümayəndələri, bələdiyyə, təhsil işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.


Qeyd edək ki, Masallı rayonun Xırmandalı ərazisinin Hacıtəpə kəndində at çaparların yarışında "Az.PRESS.AZ"ın da əməkdaşları iştirak etmişlər.

 


ƏLİHÜSEYN ŞÜKÜROV.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !