Bilik Fondu Cəlilabad məscidinə kitablar hədiyyə edib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Bilik Fondu Cəlilabad məscidinə kitablar hədiyyə edib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə həyata keçirdiyi tədbirlər çərçivəsində Cəlilabad şəhər Cümə məscidinə 50 kitab hədiyyə olunub.
Bu münasibətlə təşkil edilmiş mərasimdə dindarlarla yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.


Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasına cavabdeh qurumlardan biri də Bilik Fondudur.


Tədbirlər Planına müvafiq olaraq məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən kitablar təqdim olunur. İndiyədək Bilik Fondu tərəfindən məscidlərə 2 mindən çox kitab hədiyyə edlib.


Məscidə verilən bütün kitabların Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr edilib. Nəfis tərtibatlı, yüksək poliqrafik keyfiyyətdə buraxılan kitablar üçün “Məscid kitabxanası”nda rəflər hazılanıb.
Axund Hacı Mahmud Əsgərov bölgənin ən möhtəşəm məscidlərindən olan Cəlilabad Cümə məscidinin tarixindən, ölkəmizdə dini, milli - mənəvi dəyərlərimizin qorunub saxlanmasına, inkişafına göstərilən dövlət qayğısından danışıb.


Dindarlar, ziyalılar kitab sərgisi ilə tanış olublar, Bilik Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dini maarifləndirmə sahəsində birgə koordinasiyalı işinin əhəmiyyətli olduğunu, ictimaiyyət tərəfindən razılıqla qarşılandığını bildirib, dəyərli hədiyyəyə görə təşəkkür ediblər.

 


Ağaddin BABAYEV,
Cəlilabad.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !