Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında yeni təyinatlar -

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında yeni təyinatlar

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında (BDAT) yeni təyinatlar var.

Təşkilatın Mətbuat Xidmətindən verilən məlumata görə, təşkilatının Nümayəndə Heyətinin (BDAT) növbəti iclası keçirilmişdir. İclası açan təşkilatın prezidenti Sərraf Kərimov BDAT adlı qurumun dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və həmin ölkələrin cəmiyyətlərində xüsusi fəallığı ilə seçilən soydaşlarımızla məsləhətləşmələr əsasında realldığını bildirib.


“Məqsəd dünya çapında müstəqil Azərbaycanımızı təbliğ etmək, azərbaycançılıq ideologiyasına xidmət etməklə məskunlaşdığı ölkələrdə fəal olan insanlarımızı təşkilatlandırmaq, müxtəlif ölkələrdə yaradılmış təşkilatlarımızın fəaliyyətinə, ölkəmizin müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinə dəstək vermək, milli məsələlərimizi beynəlxalq aləmin gündəminə gətirmək, ölkəmizdə mövcud olan hər cür milli, dini, mədəni tolerantlığı, multukulturalist mühiti təbliğ etməkdir.”


İclasın gündəliyində duran məsələlərdən biri Təşəbbüs Qrupunun Nümayəndə heyətinin üzvlərinə vəzifələrin verilməsi və digər cari məsələlərin geniş müzakirəsi idi. Beləki, (BDAT) artıq Təşəbbüs Qrupu kimi deyil təşkilat olaraq fəaliyyət göstərməyə qərara aldı. Daha operativ işləmək və yüksək nəticə əldə etmək üçünTəşəbbüs Qrupunun üzvlərinə vəzifələr təklif edildi.Vəzifələr Qrup üzvlərinin müzakirəsi və səs çoxluğu ilə təyin edilərək yekdilliklə qəbul edildi.


Sonda təşkilatı işlərlə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !