Heydər Əliyevin 94 illiyinə həsr olunmuş Ən yaxşı təqdimat müsabiqəsinin mükafatlandırılma mərasimi! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Heydər Əliyevin 94 illiyinə həsr olunmuş” Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimi! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Heydər Əliyev elə bir dühadır ki, onun haqqında nə danışmaqla , nə yazmaqla sonsuzluğa belə çatmaq olmaz. İnsan beynində cəmlənə biləcək ən gözəl duyğularla xatırlanan Ulu Öndərdir Heydər Əliyev. Bir insan nece bu qədər bilikli cəmiyyətdə başa verə biləcək hadisələri öncədən hiss etmək qabiliyyətinə malik ola bilər?.Bəli Heydər Əliyev məhz o insanlardandır ki, elmi savadı ilə hər kəsi heyran qoyur. Dünya ictimaiyyətində nüfuzlu siması ilə hər zaman hörmətlə qarşılanmışdır. Artıq aramızda olmasada o hər zaman xatırlanır və hər kəsin qəlbində yaşayır.


AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, 3 may 2017-ci il tarixində “Gülüstan “ sarayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Sevindirici haldır ki, Azərbaycanımızın müxtəlif bölgələrindən , ən ucqar rayonlarımızdan belə bu müsabiqəyə qatılan məktəblilərimiz var. Tədbirdə millət vəkilləri , dövlət rəsmiləri, təhsil işçiləri iştirak edirdilər. Tədbirdən öncə Heydər Əliyevin məzarı ziyarət olunub, abidəsi üzərinə gül dəstələri qoyulub.


Ümumi təhsil məktəblərinin 9-11 -ci sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi , Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi , Azərbaycan Təhsil Işçiləri Azad Həmkarlar İttifaqı, Respublika Komitəsi tərəfindən təşkil olunub.


Təhsil Naziri Mikayıl Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin siyasətinin gənc nəsl tərəfindən öyrənilməsində mühüm rolunu nəzərə çatdırmışdır. Nazir bu məqsədlə hər il keçirilən “Ən yaxşı təqdimat “müsabiqəsinin qaliblərini təbrik edib onlara uğurlar arzulayib.


“Ən yaxşı təqdimat “ müsabiqəsinin qalibləri diplom, sertifikat və qiymətli hədiyyələrlə təltif olunmuş, Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin təşkil etdiyi 1 həftəlik vətənimizin maraqlı bölgələrini gəzmək şansını qazandırmışdır.


Tədbirdə Şagirdləri təbrik etmək üçün Azərbaycan Milli Konsrvatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdlərdən ibarət xor kolektivi və Bülbül adına Orta ixtisas məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri izlənmişdir. Sonda Xatirə şəkilləri çəkilmişdir.


AZpress.AZ, Minə Türksoy.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !